Icma.az
close
up
RU
Putin: Çin Rusiyanın enerji resurslarının ən böyük istehlakçısıdır

Putin: Çin Rusiyanın enerji resurslarının ən böyük istehlakçısıdır

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya prezidenti Vladimir Putin Çinlə ticarət həcminin 220 milyard dolları keçdiyini bildirib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Kreml Putin və Çin sədri Si Cinpin arasında keçirilən videokonfrans görüşünün təfərrüatlarını paylaşıb.

Görüş zamanı Rusiya ilə Çin arasında əlaqələrin sürətlə inkişaf etməyə davam etdiyinə diqqət çəkən Putin: “Moskva ilə Pekin arasında əməkdaşlıq milli maraqlara və böyük dövlətlər arasında münasibətlərin necə olması lazım olduğuna dair oxşar yanaşmalara əsaslanır”, - deyib.

Putin ötən ilin Rusiya-Çin münasibətləri üçün son dərəcə məhsuldar olduğunu, Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS-də keçirilən sammitlərdə faydalı məsləhətləşmələr apardıqlarını bildirib. Birləşmiş Millətlər Təşkilatı (BMT) və G20 kimi təşkilatlarla koordinasiyalı şəkildə hərəkət etdiklərini vurğulayan Putin: “Biz birlikdə daha ədalətli, çoxqütblü dünya nizamının qurulmasının tərəfdarıyıq və Avrasiya məkanında və bütövlükdə dünyada bölünməz təhlükəsizliyin təmin edilməsi üçün çalışırıq”, - deyə bildirib.

Putin qeyd edib ki, “mənfi xarici müdaxilələrə” baxmayaraq, ikitərəfli ticarət həcmi yaxşılaşır: “Ötən ilin ilk 11 ayında ticarət dövriyyəmiz 7 faiz artaraq 220 milyard dolları ötüb. Çin məlumatlarına görə, cəmi keçən il 245 milyard dollara çatıb. Çin bizim əsas ticarət tərəfdaşımızdır, Rusiya isə Çinin beşinci ən böyük ticarət tərəfdaşıdır”, - deyib.

Rusiya qazını Çinə daşıyan “Sibirin Gücü” boru kəmərinin 5 il əvvəl fəaliyyətə başladığını xatırladan Putin: “Çin Rusiyanın enerji resurslarının ən böyük istehlakçısıdır. Çinə neft ixracına görə birinci yerdəyik. Sənaye, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə uğurlu birgə layihələr həyata keçirilir. Çin şəhərlərində “Made in Russia” yarmarkalarının keçirilməsi təcrübəsi kifayət qədər uğurlu olub”,- deyə qeyd edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Yanvar 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri