Icma.az
close
up
RU
Putin Cinpinin kiçik ortağı kimi fəaliyyət göstərir AÇIQLAMA

Putin Cinpinin kiçik ortağı kimi fəaliyyət göstərir AÇIQLAMA

Icma.az, Bakupost saytına istinadən bildirir.


Xəbər veridiyimiz kimi, Çin, Rusiya və Hindistan liderləri Şanxay Əməkdaşlıq Təşkilatının sammitdə birlik nümayiş etdiriblər. Onlar əl-ələ tutaraq əməkdaşlıq edəcəklərinə söz veriblər. Qərb mediası bu addımı qismən də olsa, ABŞ Prezidenti Donald Trampa qarşı yönəlmiş mesaj kimi dəyərləndirib.

Bəs tərəflərin nümayiş etdirdiyi bu birlik nə dərəcədə davamlıdır və Qərblə qarşıdurmada rol oynaya bilərmi?

Mövzu ilə bağlı siyasi ekspert Oktay Qasımov Bakupost.az -a açıqlamasında bildirib ki, Çin və Rusiya münasibətlərində strateji tərəfdaşlıq xətti aydın görünür:


“Çinlə Rusiyanın münasibətlərində strateji tərəfdaşlıq görürük. Çünki hər iki ölkənin rəhbərliyi bunu dəyərləndirərək belə bir addım atır. Hindistana gəlincə isə, onların strateji tərəfdaş olması mümkünsüzdür. Ən azı o səbəbdən ki, Hindistan və Çin arasında sərhədlərlə bağlı kifayət qədər ciddi problemlər var. Bundan əlavə, Hindistan Çinin “Bir kəmər, bir yol” layihəsinə qoşulmayan ölkələrdən biridir”.

Ekspertin sözlərinə görə, Hindistanın Baş nazirinin Vladimir Putin və Si Cinpinlə mehriban görüntüləri müəyyən mənada Amerikaya mesaj sayıla bilər:

“ABŞ Hindistana tariflər tətbiq edib və bu, Hindistanın Rusiyadan ucuz neft alması ilə bağlıdır. Ona görə hesab etmirəm ki, Hindistan sona qədər Çin və Rusiya ilə strateji müttəfiqlik münasibətlərinə qədər getsin. Çünki Hindistanın öz ambisiyaları var və Çinlə kifayət qədər problemləri mövcuddur. Amma Çin və Rusiyanın münasibətləri daha da dərinləşə bilər. Çin əslində Rusiyanı öz orbitində saxlamaqda maraqlıdır”.

Orxan Qasımov qeyd edib ki, Ukrayna müharibəsi Rusiyanın Çindən asılılığını artırıb:

"Hazırkı durumda Rusiya faktiki olaraq Çinin kiçik ortağı kimi fəaliyyət göstərir. Tərəflər arasındakı razılaşmalar göstərir ki, Çin gələcəkdə də Rusiyanın ucuz enerji daşıyıcılarını almaqda maraqlıdır. “Sibir gücü–2” layihəsi ilə bağlı müəyyən razılıqlar əldə olunub. Amma Hindistan bu duetdə artıqdır. Onun Çinlə hələ həll etməli olduğu kifayət qədər məsələ var ki, sonradan münasibətlər normallaşsın”.


Lalə Novruz,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 Sentyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri