Icma.az
close
up
RU
“PUTİN “COVİD” dən DƏHŞƏTLİ DƏRƏCƏDƏ QORXURDU” Keçmiş MKİ şefindən maraqlı etiraflar

“PUTİN “COVİD” dən DƏHŞƏTLİ DƏRƏCƏDƏ QORXURDU” Keçmiş MKİ şefindən maraqlı etiraflar

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

“Əgər biz o vaxt ukraynalıları lazımi silahla təmin etsəydik…”

Əgər ABŞ və müttəfiqləri əvvəldən Ukraynanı lazımi silahlarla təmin etsəydilər, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı erkən vaxtlarda dayandırıla bilərdi. 

“AzPolitika” xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin(MKİ) keçmiş rəhbəri Ralf Qoff “The Times” nəşrinə müsahibəsində deyib.

Qoffun dediyinə görə, Qərb elə bir strategiya seçdi ki, Ukraynaya verilən silahlar mübarizə aparmaq üçün yetərli olsun, lakin Putin ordusunu məğlub etmək üçün kifayət etməsin.

“Əgər biz o vaxt ukraynalıları lazımi silahlarla təmin etsəydik, onlar rusları ölkədən qovub çıxara bilərdilər. Bu baş vermədi. Bu, bu gün gördüyümüz daha üzücü, daha uzun sürən, daha köhnəlmiş müharibə üçün zəmin yaratdı", - Qoff deyib.

Onun sözlərinə görə, Prezident Bayden və müttəfiqləri Putinə münaqişənin şərtlərini diktə etmək imkanı veriblər. Və Qərb Putinin məğlubiyyətə yaxınlaşacağı təqdirdə nüvə silahından istifadə edəcəyindən narahat olduğu üçün Ukraynaya lazımi vaxtda lazım olan silahları göndərməyib: "Onlar Vladimir Putinin və onun “nüvə dəyənəyi”nin onları aldatmasına imkan verdilər. Buna görə də onlar ukraynalılara silah verdilər, lakin heç vaxt qələbə üçün kifayət edəcək qədər silah vermədilər. Ukraynaya yalnız qanının axmasına kifayət edən qədər silah verdilər".

Qoff qeyd edib ki, Putin ölümdən qorxmayacaq qədər cəsarətə malik deyil. Onun kəşfiyyat məlumatları əsasında dediyinə görə, Putin pandemiya zamanı "Covid”-dən dəhşətli qorxu yaşayıb: "Mənim fikrimcə, sağlamlığından bu qədər narahat olan insanlar yüksək riskli “nüvə pokeri” oynamazlar".

Qoff Trampın strategiyasının da yanlış olduğunu deyib. Onun fikrincə, Trampın strategiyası vəziyyəti yumşaltmaq və bəlkə də Putini Çindən yayındırmaq üçün ona yarınmaqdan ibarətdir. Putin keçmiş kəşfiyyatçı kimi hesab edir ki, o, Trampla manipulyasiya edə bilər.

Ancaq Qoffun fikrincə, Putin səhv edir və bu, "çox səhv düşüncədir": “Son nəticədə Putin problemin nədə olduğunu göstərəcək və problem Kiyevdə deyil, Moskvadadır”.

Qoff qeyd edib ki, əgər tezliklə Ukrayna ilə bağlı razılıq əldə olunmasa, yayın sonuna qədər cəbhədə hərəkət etmək ümumiyyətlə, mümkün olmayacaq və bütün cəbhə xətti 20-50 kilometrlik dərinlikdə “ölüm zonasına” çevriləcək: “Havada çoxlu PUA-lar, yerdə robotlar, sensorlar və minalar olduğu üçün orada tərpənə bilməyəcəksiniz”.

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 May 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri