Putin dayanmaq istəyirmi? Tramp: Onlar Hitleri, Napoleonu məğlub ediblər
Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp RF Prezidenti Vladimir Putinin müharibənin dayandırılmasının tərəfdarı olduğunu bəyan edib. Tramp Ağ Evdə jurnalistlərlə görüşündə Putinin Ukraynadakı böhranın nizamlanması ilə bağlı danışıqlar aparılmasına münasibətindən danışarkən deyib: "Yox, düşünürəm ki, o, dayanmaq istəyir. Mənim ondan soruşduğum bu idi. Əgər o, davam etmək niyyətində olsaydı, bu, bizim üçün, mənim üçün böyük problem olardı. Məncə, o, bu məsələni bitirmək istəyir, onlar (rusiyalılar - red.) da tezliklə bitirmək istəyirlər".
Tramp Putinlə Rusiya barəsində bunları söyləyib: "Məncə, o, hərbi əməliyyatları dayandırmaq istəyir. Onun böyük, qüdrətli hərbi maşını var. Başa düşürsünüzmü? Onlar Hitlerə qalib gəliblər, Napoleona qalib gəliblər. Bilirsinizmi, onlar artıq çoxdan döyüşürlər. Bunu əvvəllər də ediblər. Amma mənim fikrimcə, o, müharibəni dayandırmaq istəyərdi".
Tramp Ukrayna Prezidenti Vladimir Zelenskinin də Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara hazır olduğunu da əlavə edib.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 17 Fevral 2025 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















