Icma.az
close
up
RU
“PUTİN DƏ ŞANSINI İTİRİB...” “Venesuelanın əvəzinə Ukrayna sövdələşməsi” olub?

“PUTİN DƏ ŞANSINI İTİRİB...” “Venesuelanın əvəzinə Ukrayna sövdələşməsi” olub?

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin Venesuelada keçirdiyi hüquqsuz əməliyyatın ilk anından çoxları bunun Rusiya ilə razılaşdırıldığını iddia edirdilər. Hətta deyirdilər ki, guya ABŞ Ukraynanı Venesuelaya dəyişməyə razılıq verib. Lakin məntiq və hadisələrin sonrakı gedişi bu iddiaların əsassız olduğunu göstərir…

Əslində, bu cür “sövdələşmə” Kreml üçün çox cazibədar və əlverişli görünür. Lakin bu, arzudan o yana getmir. Məsələn, “Reuters” agentliyinin Rusiyadakı iki yüksəsk vəzifəli mənbəyə istinadla verdiyi məlumata görə, Moskva Venesueladakı Amerika əməliyyatından faydalanmağı gözləyir və onun fikrincə, bu əməliyyat Donald Tramp administrasiyasının dünyanı "təsir dairələrinə" bölməyə hazır olduğunu nümayiş etdirib.

Mənbələrdən birinə görə, Nikolas Maduronun devrilməsi Trampın bütün Qərb yarımkürəsini ABŞ-nin maraq dairəsi elan edən 19-cu əsr xarici siyasət strategiyası olan "Monro Doktrinası"nı tətbiq etməsi kimi qəbul edilə bilər. Lakin bu halda "Rusiyanın da öz təsir dairəsi var".

Digər mənbə bildirib ki, Moskva Amerika əməliyyatını Venesuelanın neft ehtiyatlarını ələ keçirmək üçün açıq bir cəhd kimi görür. O, həmçinin qeyd edib ki, əksər Qərb ölkələri Trampın hərəkətlərini açıq şəkildə tənqid etməyiblər.

Məsələ ondadır ki, Rusiya hələ bir neçə il əvvəl ABŞ-yə "Ukrayna müqabilində Venesuela ticarəti" təklif edibmiş. 2017-2019-cu illərdə Trampın birinci administrasiyası dövründə Milli Təhlükəsizlik Şurasında Rusiya və Avrasiya üzrə baş məsləhətçi olmuş Fiona Hill 2019-cu ildə Konqres qarşısındakı çıxışında bunu dilə gətirib. Onun sözlərinə görə, Moskvanın Vaşinqtona bu təklifi ABŞ tərəfindən dəstəklənən müxalifət Maduro rejimini devirməyə çalışarkən və Kreml ona hakimiyyətdə qalmağa kömək edərkən gəlmişdi.

Hill Rusiyanın Ukrayna ilə bağlı təklifini belə təsvir etmişdi: "Siz bizi öz arxa həyətinizdən çıxarmaq istəyirsiniz. Amma əslində biz də oxşar vəziyyətdəyik. Siz bizim arxa həyətimizdəsiniz".

Rusiya milyardlarla dollar sərmayə qoyduğu Maduroda müttəfiqini itirsə də, ABŞ-nin beynəlxalq hüququ pozması "Rusiya narrativləri üçün pis deyil". Bunu London Universitet Kollecinin professoru Mark Qaleotti mətbuata açıqalmasında deyib: "Putin inanır ki, böyük dövlətlər belə fəaliyyət göstərir; böyük dövlətlərin təsir dairələri var. Əgər Amerikaya Latın Amerikası təsir dairəsinə sahib olmağa icazə verilsə, deməli, bizə də öz təsir dairəmizə, slavyan təsir dairəmizə sahib olmağa icazə verilir".

Üzdə Moskva, Rusiyaya strateji tərəfdaşlıq müqaviləsi ilə bağlı olan Maduro rejiminə bir neçə saat ərzində son qoyan Amerika əməliyyatına qarşı açıq şəkildə qəzəb ifadə edir.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib ki, "Vaşinqton neokolonializmə və imperializmə yeni təkan verir". O, Maduronun "dərhal azad edilməsini" tələb edib: "Vaşinqton cinayətkar əməliyyatının əsl məqsədlərini - Venesuelanın təbii sərvətləri üzərində məhdudiyyətsiz nəzarət yaratmağı və Latın Amerikasında hegemon ambisiyalarını gizlətməyə belə çalışmayıb".

Sanki Rusiya, Ukraynaya qarşı açıq işğalçılıq məqsədlərini gizlətməyə çalışır…

Lakin bütün bunlar heç də Rusiyaya öz regionunda eyni addımları atmasına imkan verilməsi anlamına gəllmir. Bunu Qərbin Ukraynaya dəsətyinin davam etməsi və ABŞ-nin sülhlə bağlı Moskvaya təzyiqləri açıq göstərir.

Üstəlik Pentaqon başçısı hətta Venesuela əməliyyatı ilə bağlı Kremli ələ də salıb: "Üç gecə əvvəl təxminən 200 böyük amerikalımız Venesuelanın Karakas şəhərinin mərkəzinə girdi. Görünür, Rusiyanın hava hücumundan müdafiə sistemi o qədər də yaxşı işləmirdi, elə deyilmi?"

Mühacirətdə yaşayan tanınmış rusiyalı plitoloq Abbas Qallyamov deyib ki, Venesuelada “SVO”-nun əslində necə olduğunu nümayiş etdirən amerikalıların uğuru Putinin imicinə güclü zərbə vurub və Rusiyanın "vətənpərvər" icmasının özünəinamını əhəmiyyətli dərəcədə sarsıdıb. 

Onun sözlərinə görə, Venesuela hadisələrinin digər, bəlkə də daha vacib nəticəsi Rusiya elitasının Putinə münasibətində dəyişiklik olacaq: "Baş verənləri düşünərək, Rusiya Prezidentinin yaxın ətrafı indi belə bir nəticəyə gəlir ki, bir anda - əgər o, tamamilə adekvatlığını itirərsə, ondan yaxa qurtarmaq məcburiyyətində qala bilərlər. ABŞ Maduroya Türkiyədə könüllü sürgün təklif etdi, lakin o, son şansını qaçırdı. İnadkar, müharibəni bitirməkdən imtina edən və Trampı getdikcə daha çox qıcıqlandıran Putin - əmin ola bilərikmi ki, o, daha rasional davranır? Bəlkə də o da artıq şansını qaçırıb? Onu Rusiya isteblişmentinin qalan hissəsi üçün layiqli şərtlərlə amerikalılara və ya, məsələn, Britaniyaya təhvil vermək daha yaxşı olmazdımı?".

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Yanvar 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see351

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see274

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see249

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see241

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see240

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see236

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see229

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see228

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see227

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see221

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see217

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see216

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see207

Natavan Həbibinin hovuz paylaşımı müzakirə yaratdı (Foto Video)

30 Avqust 2026 17:06see192

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see189

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see181

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see180

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see179

ABŞ ordusu Larak adasında SEPAH ın iki raket qurğusunu vurub

31 Avqust 2026 03:12see171

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri