Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Əldə olan pulu artırmaq üçün bunu edin!

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Cəbrayılda əhali tibbi müayinədən keçdi

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

Putin “döyüşə” indi də onu göndərir

Putin “döyüşə” indi də onu göndərir

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ermənistanın Baş naziri Nikol Paşinyanın tərəfdarlarını bütün ermənilərin katolikosu II Qareginin iqamətgahını faktiki ələ keçirmək üçün Eçmiədzin Ana Taxt-Tacına toplaşmağa çağırması Erməni Apostol Kilsəsini dəyərdən salır və strateji səhv olacaq”.
“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abrahamyan TASS agentliyinə müsahibəsində belə deyib.

“Bu, onun (Paşinyanın) strateji səhvi olacaq. O, mömin olduğunu deyir. Amma əgər həqiqətən dindardırsa, nə özünə, nə də başqalarına kilsəni dəyərsizləşdirməyə heç vaxt icazə verməməli idi. Bu kilsənin kahinləri katolikos tərəfindən təyin edilib. Onlar bütün dünyada erməniləri, milyonlarla insanı vəftiz ediblər və onların qanundan kənar olduğu deyilir”. 

Abrahamyan bu yaxınlarda Paşinyanın tərəfdarlarını Eçmiədzin Ana Taxt-Tacının yerləşdiyi Eçmiədzin şəhər meydanında böyük mənəvi toplantıya hazır olmaq çağırışını belə şərh edib. Rusiya Erməniləri İttifaqının prezidenti qeyd edib ki, dindar və xalqını sevən insan heç vaxt məsələni bu şəkildə həll etməyə imkan verməz. 

Abrahamyanın sözlərinə görə, Paşinyan bu cür hərəkətləri ilə cəmiyyəti manipulyasiya edir, müxtəlif dini baxışlara malik insanları bir-birinə qarşı qoymağa çalışır.

“Lakin onları bir-birinə qarşı qoymaq olmaz, bu, fəlakət olacaq. Kilsə müstəqil qurumdur”, - deyə Abrahamyan əlavə edib. 

O, həmçinin qeyd edib ki, Paşinyan hər yerdə olduğu kimi yalnız erməni kilsəsinin meydana çıxan problemlərinə toxunaraq bütün ermənilərin katolikosu II Qareginin kilsə üçün nə qədər müsbət və epoxal iş gördüyünü demir.

“Son yüz illər ərzində heç kim bu qədər iş görməyib. Söhbət fərdlərdən deyil, kilsədən, imandan gedir. Mən kilsənin, imanın tərəfdarıyam. Mən möminəm, İrəvandakı Rus Provaslav Kilsəsi daxil olmaqla dünyada onlarla kilsə tikmişəm”, - deyə Abrahamyan qeyd edib.

Abrahamyanın açıqlaması Rusiyanın Paşinyan hakimiyyətini devirmək üçün son zamanlar milyarderlərdən “yumşaq” güc kimi istifadə etmək taktikası üzərində dayandığını göstərir. Rusiya vətəndaşı olan milyarderlər Eçmiədzin kilsəsinə dəstəyə yönləndiriliblər. 

Öncə “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyan Nikol Paşinyana qarşı alternativ siyasi rəqib kimi meydana buraxıldı. Məqsəd kilsənin və revanşist müxalifətin dəstəyi ilə Samvel Karapetyanın 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərində hakimiyyətə gəlməsini təmin etmək idi. Karapetyan məsələsi gündəmdən çıxmasa da, onun həbs olunması Rusiyanın planlarını pozub. 

Ona görə də Kreml Abrahamyanı prosesə qoşmaqla Eçmiədzin kilsəsinin müqavimətini fəallaşdırmaq istəyir. Bu, Rusiyadakı erməni diasporunun kilsəyə və müxalifətə dəstəyini təmin etmək məqsədi daşıyır. Ancaq Paşinyan və Kreml arasında siyasi kompromis imkanları tükənməyib. 

Tərəflər hazırda daha çox bir-birinə qarşı güc nümayiş etdirsələr də, Paşinyan seçkilərdə qalib gəlmək üçün Rusiyaya bir sıra güzəştlər edə bilər. Ona görə də Rusiyanın kilsəyə və milyarderlərə siyasi dəstəyinin nə qədər davam etməsi Paşinyanla Putin arasında mümkün danışıqlardan asılı olacaq. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Açar sözlər: Putin döyüş Ara Abrahamyan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 İyul 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see971

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see385

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see278

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see263

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see220

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see219

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see218

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see213

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see209

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see206

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see192

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see192

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see190

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see183

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see171

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see170

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see161

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see161

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri