Icma.az
close
up
RU
Putin Əliyevə niyə indi zəng etdi? KONKRET

Putin Əliyevə niyə indi zəng etdi? KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə zəngində “niyə indi sualı” xüsusilə diqqət çəkir. Rusiya tərəfinin Düşənbə görüşündən sonra yüksək səviyyədə təmasları bərpa etmək niyyəti aydındır, lakin bu zəngin indi edilməsi Moskvanın məqsədinə dair müəyyən təxminlər yaradır.

KONKRET.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı səsləndirib.

O, bildirib ki, birincisi, Əliyevin Qazaxıstan səfərindən qaynaqlanan amildir.

Prezident İlham Əliyevin Tokayevlə görüşündə AZAL təyyarəsinin vurulması ilə bağlı istintaqın da müzakirə edildiyi istisna edilməməlidir. Səfərdən sonra Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayevin “təyyarənin qəzaya uğraması ilə bağlı istintaq yeni ildən sonra ictimaiyyətə açıqlana bilər” sözləri də bu ehtimalı gücləndirir. Düşənbə görüşündə Rusiya tərəfi Azərbaycanın tələblərini tam qəbul etsə də, Putin istintaqın nəticələrini izlədiklərini də bildirdi. Daha öncə Rusiyanın istintaqın gedişinə müdaxilə etməyə çalışdığını nəzərə alsaq, analoji halın baş verməyəcəyi zəmanəti yoxdur, bu baxımdan, Bakı Moskvanın vədini qəbul etsə belə, istintaqın ədalətli aparılması məsələsində Astana ilə təmasları da sıxlaşdırıb. Görünür, Moskvada Düşənbədə verilən vədlərə – kompensasiyanın ödənilməsi və günahkarların cəzalandırılacağı məsələsinə sadiq olduqlarını Bakıya çatdırmaq zərurətini hiss ediblər. Liderlərin “Düşənbədə keçirdikləri görüşün davamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirəm etməsinə” bu kontekstdə baxa bilərik.

İkincisi, Rusiyanın Cənubi Qafqazda mövqelərini qorumaq ehtiyacı daha da aktuallaşıb;

Putinin Əliyevə zəngi Trampla baş tutmayan görüşü və ABŞ-ın Rusiyaya qarşı enerji sanksiyaları fonunda reallaşır. Bu situasiyada Rusiya bir tərəfdən Ukraynadakı müharibədə üstünlük qazanmaq uğrunda mübarizə aparmalı, digər tərəfdən, müxtəlif coğrafiyalarda, xüsusilə postsovet məkanında mövqelərini qorumalı olacaq. Cənubi Qafqaz ən önəməli region hesab oluna bilər.

– TRİPP layihəsi ilə Zəngəzur dəhlizinə nəzarət imkanı əldə edən ABŞ regionda praktiki üstünlük imkanı qazanıb;

– Rusiya bu reallıq çərçivəsində regioal kommunikasiyalarda yer almağı, xüsusilə Şimal-Cənubi nəqliyyat lahihəsinin Cənubi Qafqaz keçidinin perspektivlərinə yarana biləcək riskləri aradan qaldırmağı prioritet istiqamət kimi seçir;

Bu məsələləri Azərbaycanla müzakirə etmək və Bakı ilə münasibətlərin normallaşmasını inkişaf etdirmək zərurəti var.

Putinin zəngi Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə qarşı dövlətə xəyanət ittihamı ilə açılan cinayət işi fonunda da qiymətləndirilə bilər. Bu müzakirələr Azərbaycan ictimaiyyətində onsuz da müsbət qarşılanmayan Rusiyaya qarşı əhval-ruhiyyəni ikiqat pisləşdirib. Putinin zəngində Mehdiyev məsələsi müzakirə mövzusu deyil, lakin Moskva Azərbaycanla ikitərəfli münasibətləri liderlər səviyyəsində gündəmə gətirməklə ictimai rəyə müsbət impulslar ötürmək gedişi edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Oktyabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri