Icma.az
close
up
RU
Putin Əliyevin bu seçimi ilə razılaşıb Düşənbə görüşünün bilinməyənləri

Putin Əliyevin bu seçimi ilə razılaşıb Düşənbə görüşünün bilinməyənləri

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında baş tutan Düşənbə görüşündə bir məqam diqqət çəkib. Belə ki, Kreml sahibinin barışıq məsələsinə xüsusi razılıq və məmnunluqla yanaşması nəzərdən yayınmayıb. Analitiklər hesab edirlər ki, Moskvanın Bakının şərtlərini qəbul etməsi inanılmaz görünsə də, bu addım regionda yeni siyasi mərhələnin başlanğıcı ola bilər.

Azərbaycan Putin üçün niyə bu qədər önəmlidir?

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, Düşənbə görüşünün formatı xüsusilə diqqət çəkir:

Bu dəfəki danışıqlar Rusiya ərazisində deyil, Tacikistanda, Prezident Emoməli Rəhmonun iqamətgahında baş tutub. Əvvəllər, məsələn, Pekində Putin görüşləri Rusiya səfirliyində keçirir və bu, qarşı tərəfin onun yanına gəlməsi kimi qiymətləndirilirdi. Bu dəfə isə liderlər otağa birlikdə daxil olublar, yəni heç biri ev sahibi rolunda çıxış etməyib. Bu, Azərbaycanın diplomatik detallara xüsusi önəm verdiyini və Rusiya tərəfinin də bununla razılaşdığını göstərir. Digər mühüm məqam odur ki, AZAL təyyarəsinin qəzaya uğradığı tarix – 25 dekabr yaxınlaşır. Beynəlxalq Aviasiya Komitəsinin qaydalarına əsasən, ilkin hesabat qəza baş verdikdən 30 gün sonra, yekun hesabat isə bir il ərzində açıqlanmalıdır. Bu dövrə qədər komissiyanın araşdırması ilə bağlı yeni fakt üzə çıxmamalıdır. Əgər tərəflər bu müddət ərzində razılığa gəlməsələr, yekun hesabat dərc edildikdən sonra beynəlxalq qurumlara müraciət etmək imkanı yaranacaq. Bu baxımdan, əgər Rusiya dekabra qədər mövqeyini dəyişməsə, Azərbaycan beynəlxalq məhkəmələrə müraciət edə bilər. Prezident İlham Əliyev də yay aylarında bu barədə açıq şəkildə bəyanat vermişdi. Artıq vaxt keçib və rəsmi Bakının mövqeyi dəyişməz qalıb. Bu vəziyyət Moskvanı seçim qarşısında qoyub: ya məsuliyyəti inkar edəcək, ya da münasibətlərin normallaşması üçün addımlar atacaq. Görüş zamanı Putinin söhbətə təyyarə məsələsindən başlaması və ətraflı məlumat verməsi də təsadüfi deyildi”.

Fərhad Məmmədov

Politoloq qeyd edib ki, bu prosesdə digər əsas məsələ geosiyasi məqamdır:

“Həmin dövr ərzində ABŞ-la danışıqlar nəticəsiz qalıb, Ukrayna müharibəsində irəliləyiş əldə edilməyib, əksinə, Kiyevin zərbələri enerji böhranını dərinləşdirib. Bu amillər də Putinin Azərbaycanla barışıq yolunu seçməsinə və Bakının şərtlərini qəbul etməsinə təsir göstərib. Kreml anlayır ki, təyyarə hadisəsi və Azərbaycanın bu məsələ ilə bağlı tələbləri rəsmi Bakı üçün son dərəcə önəmlidir, həmçinin diqqətlə izlənilir”.

F.Məmmədov komissiyanın araşdırma apardığı dövr ərzində regionda müşahidə olunan ciddi dəyişikliklərdən də bəhs edib:

“Son 7-8 ayda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi formalaşıb, Ankara-İrəvan münasibətlərinin normallaşması gözlənilir, kommunikasiyaların açılması isə Cənubi Qafqazın siyasi mənzərəsini dəyişir. Belə şəraitdə Rusiyanın Azərbaycanla münasibətlərini gərgin saxlamaq istəməməsi məntiqlidir. Əks halda, Moskvanın regiondakı mövqeyi daha da zəifləyə bilər. Bu faktor da Rusiya liderinin Prezident İlham Əliyevə fərqli yanaşmasına gətirib çıxardı və təyyarə məsələsi ilə bağlı Bakənın gözləntilərinin yaxın zamanda reallaşacağına işarə etdi”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri