Putin Ermənistana ordu göndərir? Müəmmalı qərar KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Rusiya Dövlət Duması ikinci və üçüncü oxunuşlarda prezidentin xaricdə silahlı qüvvələrdən istifadə səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən qanunu təsdiqləyib.
“Vətəndaşlıq haqqında” və “Müdafiə haqqında” federal qanunlara düzəliş edən sənədə görə, Prezident Vladimir Putin artıq xaricdə “saxlanılma, həbs, cinayət təqibi və digər hallarda” “Rusiya vətəndaşlarını qorumaq” üçün ordudan istifadə edə biləcək.
Qanuna izahat qeydinə əsasən, bu, “Rusiya Federasiyasının iştirakı olmadan səlahiyyətləri olan məhkəmələr”, eləcə də Rusiyanın tanımadığı beynəlxalq məhkəmə orqanları tərəfindən Rusiya vətəndaşlarının xaricdə həbs edildiyi hallara aiddir.
Sözügedən qanun Ermənistan seçkilərində baş nazirliyə əsas namizədlərdən olan Rusiya vətəndaşı Samvel Karapetyanın həbsi fonunda bir sıra suallar doğurur.
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, qanunlar qəbul olunsa da, onların tətbiqi vəziyyətdən asılıdır:
“Mən inanmıram ki, Rusiya açıq şəkildə bu qanunu əsas gətirib Ermənistana və ya hər hansı bir ölkəyə hərbi müdaxilə etsin. Təbii ki, digər alətlərdən istifadə oluna bilər. Yəni prinsipcə Kremlin bir çox ölkəyə təsir alətləri var. Bunlardan istifadə etsə, bu təəccüblü olmaz. Amma Rusiyanın Ermənistandakı hansısa vətəndaşın qorunması üçün açıq şəkildə hərbi müdaxilə edəcəyini düşünmürəm.
Əlbəttə, birmənalı şəkildə “yox” demək də olmur. Çünki Rusiya bir çox hallarda qaydaları pozur. Lakin bu, çox böyük hadisə olar. İndiki mərhələdə Rusiyanın buna getməsi çətindir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 19 May 2026 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















