Putin Finlandiyanın NATO ya üzvlüyü səhv adlandırdı
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2022-ci ildə Rusiya Prezidenti Vladimir Putin Finlandiyanın o vaxtkı prezidenti Sauli Niinistö ilə söhbəti zamanı ölkəsinin NATO-ya üzv olmasının "səhv addım" olacağını bildirmişdi.
Redaktor.az xəbər verir ki, bu barədə söhbətin təfərrüatlarını Yle agentliyi yayıb.
Sabiq prezident Sauli Niinistö yeni nəşr olunan “Bütün yollar təhlükəsizliyə aparır” adlı kitabında bu dialoqla bağlı açıqlama verib:
“Düşünürəm ki, bu barədə də açıq danışmaq lazım idi. Ona görə də mən Putinə dedim ki, Finlandiya artıq NATO-ya üzv olur”, – deyə Niinistö qeyd edib.
Onun sözlərinə görə, Rusiya lideri bu açıqlamaya "təəccüblü dərəcədə sakit" reaksiya verib, lakin Finlandiyanın NATO-ya qoşulmasını "səhv" adlandırıb.
Xatırladaq ki, bundan əvvəl Finlandiyanın müdafiə naziri Antti Häkkanen bəyan etmişdi ki, Rusiya, Ukrayna müharibəsi başa çatdıqdan sonra da NATO üçün təhlükə olaraq qalacaq.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 22 Oktyabr 2025 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















