Putin gizli səfərbərliyə hazırlaşır Avropa liderləri
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Avropa liderləri Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibəni genişləndirməyə və NATO ölkələrinə qarşı hibrid hücumları artırmağa hazırlaşmasından narahatdırlar.
Modern.az xəbər verir ki, bu barədə “The Telegraph” Qərb kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin iddiasına görə, Rusiya seçkilərdən sonra mümkün “gizli səfərbərlik” üçün inzibati hazırlıq aparır. Bununla belə, kəşfiyyat nümayəndələri 300 min nəfərin cəlb ediləcəyi açıq və genişmiqyaslı səfərbərliyin elan olunacağına şübhə ilə yanaşırlar.
Bildirilir ki, Moskva orduya cəlbetmə fəaliyyətini gücləndirib. Hüquqi və ya maliyyə problemləri olan şəxslərin də hərbi xidmətə cəlb edilməsinə çalışıldığı iddia olunur.
Avropa rəsmiləri bununla paralel olaraq Rusiyanın qitədəki hibrid əməliyyatlarının intensivləşdiyi barədə xəbərdarlıq edirlər.
Moskva hələlik nəşrin bu iddialarına münasibət bildirməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 19 Sentyabr 2026 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















