Icma.az
close
up
RU
“PUTİN GÜZƏŞTƏ MƏCBUR OLACAQ” “Top artıq Rusiyanın meydanındadı”

“PUTİN GÜZƏŞTƏ MƏCBUR OLACAQ” “Top artıq Rusiyanın meydanındadı”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Moskva Ukrayna müharibəsilə bağlı ultimatumlarını yenidən nəzərdən keçirməli olacaq. Kreml uzun müddətdir israr etdiyi tələblər, o cümlədən təkcə son 20 bəndlik sülh planı ilə deyil, həm də orijinal 28 bəndlik planla uyğun olmayan bir çox tələblər üzrə güzəştə getməli olacaq.

“AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Tədqiqatları İnstitutunun (ISW) son hesabatında belə deyilir.  

Analitiklər qeyd edir ki, ABŞ-nin NATO-dakı səfiri Mett Uitaker bu yaxınlarda ABŞ, Ukrayna və Avropa arasında son danışıqlar nəticəsində yaranan dörd sənədlə bağlı "top artıq Rusiyanın meydanındadır" deyib.

Lakin eyni zamanda, mütəxəssislər vurğulayırlar ki, cəbhə xəttindəki minimal qazanclar müqabilində olduqca yüksək hərbi itkilər belə Kremli müharibəni bitirməyə sövq etmir.

Hesabatda deyilir ki, Moskva Qərbin təkliflərinə maraq göstərmədiyini hələ də nümayiş etdirir. 20 bəndlik plan dərc olunmazdan əvvəl Putinin köməkçisi Yuri Uşakov gözlənilən təklifləri "qeyri-konstruktiv" adlandırmışdı. Kreml dəfələrlə son sənədlərdə irəli sürülən güzəşt ideyasına tamamilə zidd olan tələblər irəli sürüb: “19 dekabrda Vladimir Putin 2024-cü ilin iyun ayında səsləndirdiyi maksimalist məqsədlərini bir daha təkrarlayıb.  Bunlara aşağıdakılar daxildir:

Ukrayna Silahlı Qüvvələrinin Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərindən tamamilə çıxarılması;

Ukraynanın NATO üzvlüyündən imtina etməsi və neytral statusda olması;

Kiyevdə silahsızlaşdırma və hakimiyyət dəyişikliyi ("denasifikasiya");

Ərazilərin işğalının beynəlxalq səviyyədə tanınması və bütün sanksiyaların ləğvi”.

ISW analitikləri vurğulayırlar ki, Kremlin bu köhnə tələblərə və guya Alyaska sammitində əldə edilmiş hansısa razılaşmalara daim istinad etməsi Moskvanın hazırda cəbhə xəttinin dondurulması təkliflərini rədd etdiyini göstərir. Lakin buna baxmayaraq, ekspertlər prosesin irəliləməsi üçün Rusiyanın sərt ritorikasından geri çəkilməli olacağını iddia edirlər.

Qeyd edək ki, bundan öncə Donald Tramp Milad bayramına baxmayaraq Ukrayna, Rusiya və Çin məsələlərinə qayıtmalı olacağını bildirib.

C.Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Dekabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri