Putin haqqında çəkilən sənədli film Oskar aldı VİDEO
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Ural bölgəsindəki Qarabaş şəhərindən olan pedaqoq və videoqraf Pavel Talankin çəkdiyi "Mr. Nobody Against Putin" sənədli filmi "Oskar" mükafatını qazanıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, amerikalı rejissor Devid Borenşteyn ilə əməkdaşlıq çərçivəsində hazırlanan film, hərbi təbliğatın Rusiya məktəblərinə necə nüfuz etdiyini işıqlandırır.
Hollivudda mükafatı qəbul edərkən səhnəyə çıxan Pavel Talankin dünyaya sülh mesajı verib: "Artıq dörd ildir ki, ulduzlu səmaya baxıb ən vacib arzunu tuturuq. Lakin elə ölkələr var ki, orada səmadan ulduzlar deyil, raketlər və dronlar yağır. Gələcək naminə, uşaqlar naminə, bütün müharibələri elə indi dayandırın".
Müharibə başladıqdan sonra tətbiq edilən dövlət təbliğatı ilə razılaşmayan Talankin, məktəbdə çalışdığı müddətdə "vətənpərvərlik" dərslərini və hərbi ritorikanı gizli şəkildə qeydə almağa başlayıb. Məktəb rəhbərliyinin tapşırığı ilə rəsmi tədbirləri və toplantıları çəkən müəllim, sonradan həmin materiallarla birlikdə Rusiyanı tərk edib. O, topladığı kadrları amerikalı rejissor Devid Borenşteynə təqdim edərək bu uğurlu sənədli filmin ortaya çıxmasına vəsilə olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 16 Mart 2026 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















