Icma.az
close
up
RU
Putin heç bir güzəştə getmək istəmır və müharibə aparmağa üsünlük verir Bloomberg

Putin heç bir güzəştə getmək istəmır və müharibə aparmağa üsünlük verir Bloomberg

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Rusiya prezidenti Vladimir Putin ukraynalılar üçün qəsdən qəbuledilməz tələblər irəli sürür, çünki o, heç bir halda heç bir güzəştə getmək fikrində deyil və bu, ABŞ prezidenti Donald Trampın sülh sazişi üzrə səylərini çətinləşdirir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" Qərb rəsmilərinə istinadən yazır.

“Qərb rəsmiləri bildiriblər ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ərazisi, sülhməramlılar və heç bir sülh danışıqlarında neytrallıq məsələsində güzəştə getmək niyyətində deyil və bu, prezident Donald Trampın etibarlı nizamlanmaya nail olmaq səylərini çətinləşdirir”, - deyə nəşr yazır.

Qeyd olunur ki, Putin danışıqlar ərəfəsində bilərəkdən “maksimalist” tələblər irəli sürüb və o, bilir ki, onun tələbləri ukraynalılar və avropalılar üçün qəbuledilməzdir. Bu arada, rus dövlətinin rəhbəri, nəşrin mənbələrinə görə, müharibəni davam etdirmək istəyir.

Nəşr qeyd edir ki, Putinin niyyətlərinin belə qiymətləndirilməsi onun Ukrayna ilə real və davamlı sülh nizamlanması üzrə danışıqlara ciddi yanaşmasını sual altına alır. “Bu, həmçinin Trampın cümə günü Ağ Evdə jurnalistlərə Putinin sülh istədiyinə inandığını dediyi fikirlərlə də ziddiyyət təşkil edir”, - deyə yazıda qeyd edilir.

Nəşr həmçinin Kremlin sözçüsü Dmitri Peskova istinadən yazır ki, Qərb rəsmilərinin Rusiyanın mövqeyini belə qiymətləndirməsi “reallığa uyğun gəlmir”.

“Rusiya dinc səylərə, Ukrayna ətrafında sülh yolu ilə nizamlanmaya açıqdır və biz əslində öz məqsədlərimizə dinc və diplomatik vasitələrlə nail olmağa üstünlük veririk. Əgər bu gün və sabah Ukraynanın danışıqlara hazır olduğu göstərilsə, bu, başqa hekayə olacaq”, - deyə Peskov qeyd edib.

Çərşənbə axşamı, martın 11-də Ciddədə Ukrayna və ABŞ arasında danışıqlar başlayıb. Orada Ukrayna tərəfdən Prezident Aparatının rəhbəri Andriy Yermak, xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rustem Umerov və Prezident Aparatının rəhbərinin müavini Pavel Palisa iştirak edəcəklər.

Qeyd olunub ki, Amerika tərəfi Kiyevin Rusiyaya güzəştə getməyə hazır olub-olmadığını müəyyən etmək üçün Ukrayna nümayəndə heyəti ilə görüşdən istifadə etmək istəyir. ABŞ həmçinin Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında qalmaqallı görüşdən sonra Ukraynanın Ağ Evin yeni administrasiyası ilə münasibətləri yaxşılaşdırmaqda ciddi olub-olmadığını öyrənmək istəyir.

“Sky News”a istinadən verilən məlumata görə, Donald Trampın komandası Ukraynanın təkcə 2014-cü ildə deyil, hətta 2022-ci ildə də sərhədlərə qayıtması ehtimalını qəti şəkildə istisna edir. Lakin İnformasiya Mübarizə Mərkəzi bunun doğru olmadığını bildirir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Mart 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri