Putin HƏMAS əsarətindən azad edilmiş rusiyalı ilə görüşdü
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin Qəzza zolağında əsirlikdən azad edilmiş İsrail və Rusiya vətəndaşı Aleksandr Trufanovla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.
Məlumata görə, görüşdə Trufanovun qohumları – anası Yelena və nişanlısı Sapir Koen, həmçinin Rusiyanın baş ravvini Berl Lazar və Rusiya Federasiyası Yəhudi İcmaları Federasiyasının prezidenti Aleksandr Boroda iştirak edib.
Qeyd edək ki, Aleksandr Trufanov 2023-cü ilin oktyabrından HƏMAS-ın əsirliyində olub.
Hərəkatın İsrailə hücumundan sonra o, anası, nənəsi İrina Tatti və nişanlısı ilə birlikdə evindən qaçırılıb. Onun atası Vitali Trufanov terror aktından sağ çıxa bilməyib. Qadınlar isə 2023-cü ilin noyabrında azadlığa buraxılıblar.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 17 Aprel 2025 00:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















