Putin hərbi formada Kurska GETDİ VİDEO
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətində yerləşən qoşun qruplaşmalarından birinin idarəetmə məntəqəsində müşavirə keçirib.
"Unikal" xəbər verir ki, bu, Ukrayna Silahlı Qüvvələrinin Kurskda əməliyyata başlamasındsn sonra onun regiona ilk səfəri olub.
Putin hərbi geyimdə qərargaha gəlib və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun məruzəsini dinləyib. Gerasimov bildirib ki, son beş gün ərzində Rusiya ordusu 24 yaşayış məntəqəsini nəzarətə götürüb. Ümumilikdə, Rusiya qoşunları 1,1 min kvadrat kilometr əraziyə nəzarəti bərpa edib, bu da Ukrayna qüvvələrinin əvvəllər ələ keçirdiyi ərazinin 86%-ni təşkil edir.
Bundan əlavə, bəzi sərhəd bölgələrində Rusiya qüvvələri Sumı vilayətinə doğru irəliləyib. Puyin Rusiya-Ukrayna sərhədi boyunca təhlükəsizlik zonasının yaradılması məsələsinin xüsusi diqqətlə araşdırılmasını tapşırıb.
Baxış sayı:114
Bu xəbər 12 Mart 2025 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















