Putin hərəkətə keçdi: Moldova prezidentini bu yolla devirəcək
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində Rusiya Prezidenti Vladimir Putin Moldovada axtarışda olan və rusiyayönlü qüvvələrin əsas sponsoru sayılan oliqarx İlan Şorla görüşüb.
Globalinfo.az xəbər verir ki, Şor açıq şəkildə bildirib ki, onun siyasi blokunun əsas məqsədi prezident Maya Sandunu devirmək və ölkəni Avropa kursundan çıxarıb Rusiya ilə müttəfiqlik yoluna qaytarmaqdır.
Kişinyovdan verilən reaksiyalarda bu görüş Kremlin Moldovanın daxili işlərinə birbaşa müdaxiləsi kimi qiymətləndirilib.
Parlament spikeri İqor Qrosu bildirib ki, Şor ölkədə sabitliyi pozmaq və seçicilərə rüşvət verməkdə Putinə hesabat verir. Hakimiyyət isə rusiyayönlü qüvvələrin seçkilər vasitəsilə hakimiyyəti ələ keçirmək cəhdlərinin uğursuz olacağına əmindir.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 05 Sentyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















