Putin imtina edə bilməyəcək: Tramp müharibəni dayandırmaq üçün elə bir plan təqdim edir ki...
Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.
ABŞ Ukrayna münaqişəsinin həlli ilə bağlı gözlənilməz plan təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə Amerikanın “The Hill” qəzetinin müəllifi Mark Uittinqton yazıb. O bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna ilə sülh sazişinin imzalanması müqabilində kosmik sektorda Rusiya-Amerika əməkdaşlığını bərpa etmək təşəbbüsü ilə Rusiya lideri Vladimir Putinə təklif göndərəcək.
Təhlilçinin fikrincə, Rusiya Federasiyası hərbi əməliyyatların dayandırılmasına razılıq versə, ona Amerika texnologiyalarına çıxış imkanı veriləcək. Məqalə müəllifi hesab edir ki, “Rusiya yaxın gələcəkdə Ayın səthində astronavtları görə bilər”.
“Tramp Ukraynadakı münaqişəyə son qoyacağına söz verib. O, Putinə imtina edə bilməyəcəyi bir təklif etməklə sövdələşməni imzalatdıra bilər”, - məqalədə deyilir.
Tural
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 15 Yanvar 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















