Icma.az
close
up
RU
“Putin indi söylədiklərini faciənin ilk günlərində desəydi, münasibətlər gərginləşməzdi”

“Putin indi söylədiklərini faciənin ilk günlərində desəydi, münasibətlər gərginləşməzdi”

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Düşənbədəki görüşündə AZAL təyyarəsinin vurulmasına görə məsuliyyəti yenə Ukraynanın üzərinə qoymağa çalışıb. Onun sözlərindən çıxan nəticə budur ki, Çeçenistan səmasında Ukrayna dronları olmasaydı, Rusiya hərbçiləri Azərbaycanın mülki təyyarəsinə atəş açmayacaqdılar. Putin təyyarənin raketlə vurulması faktını da qəbul etmir. Onun sözlərinə görə təyyarəyə raketin qəlpələri dəyib. Kreml sahibi eyni zamanda Rusiyanın istintaqa bütün lazımi dəstəyi verdiyini və bu faciənin hərtərəfli araşdırılmasına açıq olduğunu bildirib”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

E.Şahinoğlu deyib ki, Putin araşdırılmanın yekunlaşmadığına işarə edirsə, raketin təyyarəyə dəymədiyini niyə iddia edir? 
“Hər halda Azərbaycan Prezidentinə müraciətində “hadisənin Rusiyanın hava məkanında baş verməsinə görə Sizdən üzr istəyirəm. Həlak olanların ailələrinə ən səmimi başsağlığımı çatdırıram”, - deyən Putin Rusiyanın AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məmurların hərəkətlərinə hüquqi qiymət verəcəyini və ölkəsinin bu faciəli hadisə ilə əlaqədar zərərçəkənlərə kompensasiya ödəcəyini də vurğulayıb. Bu isə Azərbaycanın mülki təyyarəsinin vurulmasına və insanlarımızın həlak olmasına görə Rusiyanın məsuliyyət daşıdığının etirafıdır”. 

Politoloq bildirib ki, Putin hadisədən 10 ay sonra söylədiklərini faciənin ilk günlərində desəydi, münasibətlər gərginləşməzdi:
“Münasibətlərin normallaşması Putinin təyyarənin vurulmasına görə rusiyalı məmurların hüquqi qiymət verəcəyi və kompensasiyaların ödəniləcəyi vədinin necə yerinə yetiriləcəyindən asılı olacaq. Ümid edək ki, Putin məmurlarına Rusiyada azərbaycanlıların incidilməsi, bəzi hallarda zorakılığa məruz qalması hallarına son qoyulmasını da tapşıracaq. Bütün hallarda münasibətlərdəki gərginlik hər iki ölkənin maraqlarına cavab vermir”.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 Oktyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri