Icma.az
close
up
RU
Putin İstanbula gələrsə, liderlərin dördlü görüşünü keçirmək mümkündür

Putin İstanbula gələrsə, liderlərin dördlü görüşünü keçirmək mümkündür

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Fikrimcə, Rusiya Prezidenti Vladimir Putin “15 mayda Ukrayna ilə İstanbulda təmaslara başlamağa hazırıq” təklifini irəli sürəndə Ukrayna Prezidenti Volodimir Zelenskinin “İstanbulda Səni gözləyəcəm” reaksiyasını gözləmirdi. Putin “təmaslar” deyərkən özünün Zelenski ilə görüşünü nəzərdə tutmurdu. Yəqin Putin düşünürmüş ki, Volodimir Zelenskinin 2022-ci ildə Rusiya Prezidenti ilə görüşə qadağası olduğundan Ukrayna Prezidenti bu qadağanı pozmaz. Ancaq Zelenskini bu qadağadan imtina edərək Putinlə görüşə hazır olduğunu bildirib".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, Putinin çətin vəziyyətə düşdüyünü deyib:

"Putin çətin vəziyyətə düşüb. Çünki, onu İstanbulda yalnız Zelenski gözləməyəcək. Kreml sahibinin dostları Türkiyə və ABŞ Prezidentləri Rəcəb Təyyub Ərdoğanla Donald Tramp da Putini İstanbulda görmək istəyirlər. Tramp hətta ərəb ölkələrinə səfərini korrektə edərək 15 mayda İstanbula gəlməyə hazırdır. Putin İstanbula gələrsə, liderlərin dördlü görüşünü keçirmək mümkündür. Putinin Ərdoğana və Trampa isti münasibəti var. Ona görə, Putinin mətbuat katibi Dmitri Peksov Prezidentin İstanbula getməyəcəyini, Rusiyanı danışıqlarda başqalarının təmsil edəcəyini bildirsə də, fikrimcə, Kreml sahibi hələ son qərarı verməyib. Ukrayna ilə yanaşı Rusiyanın da itkilərlə müşahidə edilən və yorğun düşdüyü müharibədə uzunmüddətli atəşkəs elan etmək üçün İstanbul yaxşı fürsətdir. Kreml sahibi şəxsən İstanbula gələrsə, atəşkəslə yanaşı Ərdoğana çoxdan vəd etdiyi Türkiyə səfərini reallaşdıracaq və çoxdan arzuladığı Trampla görüşəcək".

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 May 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri