Icma.az
close
up
RU
“Putin Kadırovdan imtina edəcək” Ekspert

“Putin Kadırovdan imtina edəcək” Ekspert

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu sona qədər müdafiə edə bilməyəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev AZAL-a məxsus təyyarənin Qroznı istiqamətində vurulması fonunda Rusiya prezidenti Vladimir Putinin Çeçenistan lideri Ramzan Kadırovu cəzalandırıb-cəzalandırmayacağını şərh edərkən deyib:

"Məsələ ondadır ki, təyyarə qəzası ilə bağlı araşdırmanın nəticələri rəsmi olaraq bəyan olunandan sonra konkret olaraq günahın kimdə olduğu, nədən təyyarənin Qroznıda aeroporta otuzdurulmaması, onun Aktauya istiqamətləndirilməsi və s. məqamlar bilinəcək. Yəni hadisədə kimin günahkar olduğu üzə çıxacaqsa, onlar da cəzalandırılacaq”. 

Ekspert qeyd edir ki, bu, artıq beynəlxalq məsələdir, təkcə Azərbaycanın məsələsi deyil:

"Ukrayna səmasında Malaziyanın "Boeing” təyyarəsinin vurulması da beynəlxalq problemə çevrilmişdi. Bu mənada AZAL təyayrəsinin vurulmasına görə də Rusiyaya qarşı ciddi sanksiyalar olacaq. Bu zaman Putin nə Çeçenistan rəhbəri Kadırovu müdafiə edə, nə də başqa kimisə gizlədə bilməyəcək. Malaziyaya məxsus "Boing” təyyarəsinin kim tərəfindən vurulması müəyyən mübahisəli vəziyyət yaratsa da, AZAL-a məxsus təyyarə məsələsində isə hər şey konkretdir”. 


Ekspertin fikrincə, günahın kimdə olduğu müəyyən olunduqdan sonra, həmin şəxslər birmənalı şəkildə məsuliyyət daşıyacaqlar:

"Bu fonda kimisə bağışlayıb-bağışlamamaq artıq Azərbaycanın işidir və Putinin səlahiyyətində deyil. Çünki hadisə təkcə Azərbaycan - Rusiya münasibətilə bağlı deyil. Böyük bir beynəlxalq məsələdir. Rusiya faciəni törədənləri müdafiə etməyə başlasa, bu halda ona qarşı böyük sanksiyalar tətbiq ediləcək və bu ölkənin təyyarələri uça bilməyəcək”. 

Qeyd edək ki, Qərb mediası iddia edir ki, Rusiya lideri Vladimir Putin Prezident İlham Əliyevin AZAL təyyarəsinin vurulması ilə bağlı tələblərini yerinə yetirməsə, Azərbaycanı özündən uzaqlaşdırmaq riski ilə üzləşə bilər. Bu barədə ABŞ-dakı "Eurasianet” nəşri yazıb. Məqalədə qeyd olunur ki, Putin dilemmasının əsas mənbəyi - faciənin Rusiyanın hansısa digər guşəsində deyil, Çeçenistan üzərində baş verməsidir, hara ki, onun sözünün keçmədiyi faktiki yeganə subyektdir. "Putinin Çeçenistana komanda vermək imkanları məhduddur”, - deyə nəşr qeyd edib.

Bildirilir ki, aviaqəzanın baş verdiyi gün Çeçenistanın hava hücumundan müdafiəsinə komandanlığı Kadırovun qardaşı oğlu, Çeçenistan Təhlükəsizlik Şurasının katibi Həmzət Kadırov həyata keçirib. Azərbaycan təyyarəsi Çeçenistan hava məkanına daxil olmazdan bir müddət əvvəl bölgə Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumuna məruz qalıb. 

"Eurasianet” ardınca yazır ki, Putin nəsə baş verəndə məsuliyyəti öz üzərinə götürməməyə meyllidir. Belə olan halda onun Kadırovun qardaşı oğlunu məsuliyyətə cəlb etməməsi, eləcə də AZAL təyyarəsinin qəzaya uğramasına görə məsuliyyət daşıyanların cəzalandırılması ilə bağlı Azərbaycanın tələblərinə məhəl qoymaması onu çıxılmaz duruma salır. Putinin yeganə çıxış yolu mövcud vəziyyətdə Kadırovu cəzalandırmaqdan keçir. 


Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Yanvar 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri