Icma.az
close
up
RU
Putin Kiyevin PUA hücumunun qarşısını ala bilməyən generalını işdən qovdu

Putin Kiyevin PUA hücumunun qarşısını ala bilməyən generalını işdən qovdu

Icma.az, Olke.az saytına istinadən bildirir.

Kiyevin PUA hücumları qarşısında aciz qalan və bu  istiqamətdəki uğursuz fəaliyyətinə görə Prezident Vladimir Putin Rusiyanın hava hücumundan müdafiə komandanını  vəzifəsindən çıxarıb.

Rusiya Prezidenti Vladimir Putin hava hücumundan müdafiə və raketdən müdafiə qüvvələrini əhatə edən Rusiya Aerokosmik Qüvvələrinin komandanını dəyişdirib.

Ölkə.az  “rbc”ya istinadən xəbər verir ki, 2023-cü ildən bəri Aerokosmik Qüvvələrə rəhbərlik edən general Viktor Afzalovu tutduğu vəzifədən azad edib.
Putin ölkənin hava müdafiəsinin dəf edə bilmədiyi bir sıra dron hücumlarından sonra Aerokosmik Qüvvələrin hava hücumundan müdafiə və digər məsələlərdən məsul olan qüvvələrin komandanını dəyişdirmək qərarına gəlib.

Belə ki, martın sonlarında Rusiyanın Baltik dənizindəki ən böyük neft limanlarına dron hücumları baş verib və nəticədə ixrac dayandırılıb. Aprel ayında Rusiyadakı neft obyektlərinə 20 dəfədən çox hücum edilib. Ən azı doqquz neft emalı zavodu vurulub və bunlardan beşi istehsalı dayandırıb. Nəticədə ölkənin neft emalı istehsalı 2009-cu ildən bəri ən aşağı səviyyəyə düşüb.

Tuapsedəki liman və neft emalı zavodu dörd dəfə hücuma mərzu qalıb. On minlərlə ton neft və neft məhsulu yanıb, şəhərin üzərinə "neft yağışları" yağəb. Dənizə  külli miqdarda mazut dağılıb. 30 apreldə belə bir hadisə Permdə təkrarlanıb. Burada Transneft saxlama çənləri və ölkədə yeddinci ən böyük neft emalı zavodu olan Permnefteorgsintez neft emalı zavoduna hücum olub.

Prezident Putin general Viktor Afzalovun yerinə general-polkovnik Aleksandr Çayko təyin edilib.
Moskva Suvorov Hərbi Məktəbinin məzunu olan 54 yaşlı Çayko 2010-cu illərin sonlarında Suriyadakı Rusiya qüvvələrinə komandanlıq edib və 2021-ci ildən Şərq Hərbi Dairəsinə rəhbərlik edir. Avropa Birliyinin məlumatına görə, Rusiya Qəhrəmanı adına layiq görülən Çayko Buça hadisələrinin iştikaçısıdır. O, Kiyev yaxınlığında mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsində ittiham olunan qrupa rəhbərlik edib. 16 mart 2026-cı ildə, faciənin dördüncü ildönümündə Brüssel Çaykoya və digər səkkiz Rusiya hərbçisinə qarşı şəxsi sanksiyalar tətbiq edib.

Dron təhlükəsi səbəbindən Kreml Moskvada Qələbə Günü paradını qısaltmaq məcburiyyətində qaldı: 2009-cu ildən bəri ilk dəfə olaraq hərbi texnika olmadan keçiriləcək. Parad ənənəvi saat yarım əvəzinə bir saatdan az davam edəcək. Dövlət Dumasının deputatları da tribunalara buraxılmayacaqlar.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 May 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri