Putin: KTMT Qarabağda Ermənistanın tərəfində döyüşməməli idi
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağda Ermənistanın tərəfində vuruşmamalı idi, çünki bu halda İrəvana qarşı xarici təcavüz olmamışdı.
Bakıvaxtı.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən mətbuat konfransında bildirib.
Onun fikrincə, Ermənistanın KTMT-yə hazırkı münasibəti daxili siyasi problemlər və Qarabağ mövzusu ilə bağlıdır. Eyni zamanda, Putin Ermənistanın KTMT-də tam formatda işə qayıdacağını istisna etməyib.

Putin: KTMT Qarabağda Ermənistanın tərəfində döyüşməməli idi
28 Noyabr 2024 17:59

