Putin Kursk əməliyyatından sonra atəşkəs təklifinə cavab verəcək
Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Fevral ayının 28-də Vaşinqtonda Zelenski-Tramp görüşündə baş verən qalmaqal Rusiyanı məmnun etmişdi. Dünən Səudiyyə Ərəbistanında baş tutan Ukrayna-ABŞ görüşündə 30 günlük atəşkəslə bağlı razılaşmaların ardınca Ukranaya tətbiq olunan hərbi və kəşfiyyat məlumatları ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması isə Rusiyanı məyus edib".
Bunu “Reytinq” qəzetinə siyasi şərhçi Oqtay Qasımov deyib.
İndi topun Rusiyanın meydanına olduğunu bildirən O. Qasımov əlavə edib ki, Ukrayna-ABŞ görüşündə 30 günlük atəşkəs razılaşmasına Kremlin cavabı maraqla gözlənilir: “Hələ konkret cavab verilməsə də, Putinin hərbi formada Baş Qərargaha getməsi diqqət çəkir. Hərbi geyimin bir mesaj olub-olmadığı yaxın zamanlarda bilinəcək".

O. Qasımov
O. Qasımovun fikrincə, əgər Rusiya atəşkəsə “yox” deyərsə, o zaman məmnun olma sırası Ukraynaya keçəcək: "Böyük ehtimalla Putin Kurskdakı əraziləri azad etdikdən sonra atəşkəs təklifinə cavab verəcək".
Onu da qeyd edək ki, Rusiyanın işğal olunmuş Kursk vilayətinin 80 faizi artıq rusların nəzarətinə keçib.
Y. QACAR
Reyting.az
Bu mövzuda digər xəbərlər:Zelenski Kursk əməliyyatından danışdı
15 Mart 2025 08:42
Zelenski Kursk əməliyyatından görüntülər yaydı VİDEO
06 Avqust 2025 14:55
Putin Zelenskinin təklifinə necə cavab verəcək?
12 May 2025 12:22
Qeysəriyyə əməliyyatından sonra DƏHŞƏT!
03 İyun 2025 23:21
Saç əkdirmə əməliyyatından sonra öldü
31 İyul 2025 23:01
Baxış sayı:74
Bu xəbər 13 Mart 2025 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















