Putin MDB ölkələrinə çağırış etdi
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
“Mövcud çətin beynəlxalq mühitdə xarici təhdidlərlə mübarizədə Müstəqil Dövlətlər Birliyinin (MDB) kəşfiyyat xidmətləri arasında əməkdaşlığı inkişaf etdirmək və təkmilləşdirmək vacibdir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin XXII iclasının iştirakçılarına müraciətində deyib.
“Bu gün, çətin beynəlxalq şəraitdə ümumi xarici təhdidlərə qarşı mübarizədə qurumlarınız arasında əməkdaşlığın forma və metodlarını daha da inkişaf etdirmək və təkmilləşdirmək vacibdir”, - Rusiya lideri bildirib.
Vladimir Putin vurğulayıb ki, kəşfiyyat sahəsində əməkdaşlıq MDB ölkələrinin suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm amildir:
“Qeyd etmək istərdim ki, kəşfiyyat sahəsində əməkdaşlıq hər bir MDB üzvü olan dövlətin suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsində, eləcə də birlik məkanında sabitlik və inkişaf üçün şərait yaradılmasında mühüm amildir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 04 Sentyabr 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















