Icma.az
close
up
RU
Putin Medinskini İstanbuldakı danışıqlar qrupunun rəhbəri təyin edib

Putin Medinskini İstanbuldakı danışıqlar qrupunun rəhbəri təyin edib

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kreml Putinin Türkiyədəki görüşdə özünün iştirakı ilə bağlı heç bir açıqlama verməyib

Bu gün - mayın 15-də İstanbulda Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri 2022-ci ildə Belarus və Türkiyədə Kiyevlə danışıqlarda iştirak edən Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski olub. AYNA.AZ xəbər verir ki, bu barədə Kremldən bildirilib.

Nümayəndə heyətinə həmçinin Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin (o, həmçinin 2022-ci ildə Ukrayna ilə danışıqlarda iştirak edib) daxil edilib.

Bundan əlavə, Moskvanı danışıqlarda Xarici İşlər Nazirliyi, Baş Qərargah, Müdafiə Nazirliyi və Prezident Administrasiyasının nümayəndələri təmsil edəcəklər. Söhbət Baş Qərargahın informasiya idarəsi rəisinin birinci müavini Aleksandr Zorin, Prezidentin humanitar sahədə dövlət siyasəti departamentinin rəis müavini Yelena Podobrevskaya, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəis müavini Viktor Şevdən gedir.

Kreml Putinin Türkiyədəki görüşdə özünün iştirakı ilə bağlı heç bir açıqlama verməyib. Nümayəndə heyətinin tərkibinə Ukrayna üzrə ABŞ-la danışıqlar aparan xarici işlər naziri Sergey Lavrov və ya Prezidentin köməkçisi Yuri Uşakov da daxil deyil.

Cümə axşamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə hazırlaşan ölkə Prezidenti Volodimir Zelenski ilə yanaşı, Ukrayna nümayəndə heyətinin tərkibinə Prezident Aparatının rəhbəri Andrey Yermak, Ukraynanın müdafiə naziri Rustem Umerov, Zelenskinin diplomatik müşaviri İqor Jovkva və xarici işlər naziri Andrey Sıbiqa daxildir. Bu barədə Ukraynanın NV telekanalının məlumatlı mənbələri məlumat verib.

Bundan əvvəl Ukrayna Prezidenti İstanbula gəlməyə hazır olduğunu, lakin bu həftənin əvvəlində birbaşa Rusiya-Ukrayna danışıqlarının bərpası təşəbbüsü ilə çıxış edən Rusiya Prezidenti ilə yalnız şəxsən danışıqlar aparmaq istədiyini bildirmişdi. ABŞ Prezidenti Donald Tramp görüşdə mümkün iştirakını istisna etməyib və Putinin danışıqlara qatılacağı təqdirdə bunu edəcəyini vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://ayna.az
archiveBu xəbər 15 May 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri