Icma.az
close
up
RU
“Putin mənə nifrət edir, mən də ona!” “ABŞ eskalasiya istəmir” “Tomaqavk təxirə salınır

“Putin mənə nifrət edir, mən də ona!” “ABŞ eskalasiya istəmir” “Tomaqavk təxirə salınır

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Putin mənə nifrət edir. Mənim də bu insane (Putinə) münasibətim eynidir. Bu, hisslərlə bağlı deyil. Mənim üçün və hər bir ukraynalı üçün o, düşməndir; onlar dayanmaq istəmirlər. Söhbət kiminsə kiməsə nifrət etməsindən getmir. Baxmayaraq ki, təbii ki, biz düşmənə nifrət edirik".

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Volodimir Zelenski bəyan edib ki, Rusiya rəhbərliyinin ona münasibəti ilə bağlı heç bir illüziyası yoxdur.

Ukrayna liderinin sözlərinə görə, danışıqlar zamanı Tramp Vladimir Putinlə söhbətinin təfərrüatlarını bölüşüb. Zelenski qeyd edib ki, Kiyev şəxsən ABŞ və Trampa güvənir, çünki “o, həqiqətən də bu müharibəni bitirmək istəyir”.

O, həmçinin ərazi məsələsinin ən çətin məsələ olaraq qaldığını vurğulayaraq, Rusiyanın “bütün Ukraynanı işğal etmək istədiyini” xatırladıb. Danışıqlarda hava hücumundan müdafiə, eləcə də ABŞ və digər tərəfdaşların iştirakı ilə gələcək tədarüklər üçün birgə silah istehsalının inkişafı və logistika məsələləri yer alıb.

Bununla yanaşı, Ukrayna nümayəndə heyətindəki mənbə mətbuata bildirib ki, Zelenski Trampla görüşdən sonra Avropa liderləri ilə telefon danışığı aparıb.

"Tomaqavk" raketlərinin Kiyevə ötürülməsi sualına cavabında Zelenski bu barədə açıq danışmayacağını bildirib: "Biz Trampla qərara aldıq ki, hələlik uzaq mənzilli raketlər barədə açıq danışmayacağıq, ABŞ eskalasiya istəmir".

Ukrayna lideri əlavə edib ki, Trampla ikitərəfli təhlükəsizlik zəmanətləri barədə danışıb.

"Prezident Trampla müzakirə etdiyimiz mövzulardan biri təhlükəsizlik zəmanətləri idi. Biz Birləşmiş Ştatların təhlükəsizlik sisteminin bir hissəsi olmasını istəyirik", - deyə o, bildirib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Oktyabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see185

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see157

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan rəsmiləri ilə görüşdü FOTO

30 Noyabr 2025 21:53see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri