Putin: Müharibəni biz yox, Ukrayna başladıb
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Ukrayna ilə bağlı həqiqət budur ki, müharibəni Rusiya başlatmayıb, əksinə, onlar Rusiya ilə döyüşüblər.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Müzakirə Klubunun plenar iclasında bildirib.
“Əlbəttə ki, bilirəm ki, ekspert icmasında bəziləri düşünür: Rusiya sülhdən danışır, amma müharibəni başladıb. Mən bu məsələ ilə bağlı dəfələrlə danışmışam, amma bu toplantıda bir daha deyəcəyəm: həqiqət haradadır? Həqiqət budur ki, biz bunu istəmirdik və müharibəni biz başlatmadıq; onlar bizimlə döyüşməyə başladılar”, - deyə Putin qeyd edib.
Putin sözünə davam edərək bildirib ki, NATO təşkilatın öz maraqları naminə Rusiyanın tarixi ərazilərinin hərbi yolla işğalına başlamamalı və ya orada öz bazalarını planlaşdırmamalı idi: "NATO Kiyevdəki radikalları dövlət çevrilişi etməyə sövq etməməli və sonra müxtəlif hücum silahları ilə yaradılan qanunsuz rejimi sıxışdırmamalı idi. Donbas və Krım sakinləri üçün konsentrasiya düşərgələri təşkil etmək planları hazırlamamalı idi. Onları tanklarla əzməməli, raketlərlə vurmamalı, təyyarələrdən atəşə tutmamalı və ya silahsız insanları diri-diri yandırmamalı idi. Sadəcə milliyyətcə və ruhən rus olduqları üçün. Hələ də bu cür qeyri-qanuni fəaliyyətlər çoxdur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 01 Oktyabr 2026 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















