Icma.az
close
up
RU
Putin müharibəni dayandırmasa, Aİ Ukraynaya yardımı ikiqat artıracaq

Putin müharibəni dayandırmasa, Aİ Ukraynaya yardımı ikiqat artıracaq

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini sülhə razı sala bilməsə, Aİ Ukraynaya dəstəyi əhəmiyyətli dərəcədə artırmağa hazırdır.

Bizimyol.info xəbər verir ki, bunu "X" sosial şəbəkəsində Avropanın müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius bildirib və qeyd edib ki, bu, onların istifadə edəcəyi “sülhün lehinə inandırıcı arqumentlər” olacaq.

O qeyd edib ki, indiyədək Aİ və ABŞ Ukraynaya hər il təxminən 40 milyard avro hərbi yardım edib. Lakin bu vəsaitləri birbaşa Ukrayna istehsalçılarından silah alınmasına yatırmaqla daha səmərəli istifadə etmək olardı. O vurğulayıb ki, Ukraynada istehsal olunan müasir silahların dəyəri Aİ və ya ABŞ-dakı istehsalın təxminən yarısıdır.

"Bu, Ukraynanın eyni 40 milyard avroya aldığı silahların həcmini faktiki olaraq iki dəfə artıracaq. Bizim dəstəyimizin real dəyəri 80 milyard avroya yüksələcək", - deyə vurğulayıb.

O, həmçinin üzv dövlətlərə Ukrayna üçün hərbi satınalmaları maliyyələşdirməyə imkan verən AB-nin yeni təhlükəsizlik kreditlərinin effektivliyini vurğulayıb. Onun fikrincə, “Sülh güc vasitəsilə” düsturu məhz belə işləməlidir.

Ukrayna prezidenti Vladimir Zelenski Çexiyaya rəsmi səfərə gəldikdən sonra Kiyev və Praqanın hərbi aviasiya sahəsində əməkdaşlığa hazırlaşdıqlarını açıqlayıb. O, həmçinin bildirib ki, Ukrayna Çexiyanın sursat tədarükü təşəbbüsü çərçivəsində 2025-ci ildə daha 1,8 milyon mərmi ala bilər.

Bundan əlavə, "NYT" yazıb ki, Ukrayna əvvəllər İsraildə yerləşən modernləşdirilmiş "Patriot" hava hücumundan müdafiə sistemi alacaq. Almaniya və ya Yunanıstandan başqa bir qurğunun mümkün transferi ilə bağlı müttəfiqlərlə də danışıqlar aparılır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 May 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see311

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see194

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see158

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see154

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see137

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see137

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see132

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see132

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see131

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see129

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri