Icma.az
close
up
RU
“PUTİN NARAHATDIR...” Kreml hərbçilərə ödənişləri niyə kəskin azaldıb?

“PUTİN NARAHATDIR...” Kreml hərbçilərə ödənişləri niyə kəskin azaldıb?

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nüfuzlu ABŞ Müharibə Araşdırmaları İnstitutu (ISW) hesab edir ki, Rusiya iqtisadiyyatı 2025-ci ildə Ukraynadakı müharibə və Qərbin sanksiyaları ilə bağlı ciddi problemlərlə üzləşə bilər.

Hurriyyet.az xəbər verir ki, ISW-nin son hesabatına görə, Kremlin iqtisadi siyasəti göstərir ki, Rusiya iqtisadiyyatı 2025-ci ildə əhəmiyyətli çətinliklərlə üzləşə bilər və Vladimir Putin uzunmüddətli perspektivdə Rusiyanın iqtisadi sabitliyindən narahatdır. Kreml bu yaxınlarda yaralı rus hərbçilərinin müalicəsi, inflyasiya ilə mübarizə, aşağı doğum səviyyəsi və işçi çatışmazlığı kimi uzunmüddətli demoqrafik problemlərin həlli üçün dövlət xərclərini azaltmağa yönəlmiş bir sıra tədbirlər görüb.

Bu siyasət göstərir ki, Rusiya iqtisadiyyatı Qərbin sanksiyalarına, pul məhdudiyyətlərinə və hərbi xərclərə Rusiya hakimiyyətinin göstərməyə çalışdığı qədər dözümlü deyil: “Bu siyasət həm də onu göstərir ki, Kreml Rusiya cəmiyyətini iqtisadi çağırışlardan qoruyaraq, müharibəni illər və ya onilliklər ərzində davam etdirə bilməyəcək. Ukraynanın döyüş meydanında müqavimətinə davamlı Qərb və beynəlxalq dəstək Rusiyanın iqtisadi problemlərini daha da kəskinləşdirəcək”.

Qeyd olunur ki, Putin Ukraynada döyüşlər zamanı yaralanan rus hərbçilərinə vəd edilən təzminatı azaldıb. Bu, Kremlin müharibənin artan qısa və uzunmüddətli xərclərini azaltmağa, Rusiya iqtisadiyyatında tarazlığı bərpa etməyə çalışdığının bariz göstəricisidir.

Noyabrın 13-də Putin ödəmələri kəskin azaldaraq, yalnız döyüşdə ağır yaralanan hərbi qulluqçulara üç milyon rubl birdəfəlik ödəmələri nəzərdə tutan fərman imzalayıb. Nisbətən yüngül yaralı hərbi qulluqçulara bir milyon rubl, daha yüngül yaralanmış hərbi qulluqçulara isə cəmi 100 min rubl ödəniş müəyyən edib.

Bu fərman Rusiyanın ultramillətçi icmasının ciddi reaksiyasına səbəb olub. ISW yazır: “Maliyyə həvəsləndirmələri Rusiya ordusunun son üç il ərzində hərbi xidmətə çağırış kampaniyası və şəxsi heyətin saxlanması səylərinin əsas elementinə çevrilib və bu cür təşviqlərin aradan qaldırılması sistemin Kreml üçün iqtisadi cəhətdən yararsız hala düşdüyünü göstərir.

Belə bir pul siyasəti ilə Rusiya müdafiə sənayesi çətin ki, Rusiya silahlarının itkilərini əvəz etmək üçün lazım olan istehsal səviyyəsinə çata bilsin”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 Noyabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri