Icma.az
close
up
RU
Putin, NATO və Cənubi Qafqaz: Azərbaycanın strateji siyasəti

Putin, NATO və Cənubi Qafqaz: Azərbaycanın strateji siyasəti

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Politoloq Elşən Maafov Tribunainfo.az-a açıqlamasında Azərbaycanın NATO ilə münasibətlərini və regiondakı geosiyasi balansı şərh edib.

Onun sözlərinə görə, Azərbaycan bu əməkdaşlığı öz milli maraqları çərçivəsində qurur və regionda mövcud güc mərkəzləri arasında yaranan qarşıdurmanı nəzərə alır. Maafov vurğulayıb ki, NATO ilə münasibətlərdə əsas prioritet, ölkəmizin təhlükəsizliyini təmin etmək və regionu təhdid edə biləcək faktorların təsirindən kənarda qalmaqdır.

“Azərbaycanın NATO ilə münasibətlərinin əsası ölkəmizin Şimal Alyansının 1992-ci ildə təsis edilmiş Əməkdaşlıq Təşkilatına daxil olması ilə qoyulub. 1994-cü ildə isə NATO-nun “Sülh naminə əməkdaşlıq” proqramına qoşulması ilə bu əməkdaşlıq genişləndirilib. NATO bu proqram çərçivəsində MDB-yə daxil olan dövlətlərlə əməkdaşlığı genişləndirməklə əsasən Rusiyanın təsir dairəsini daraltmaq, öz nüfuz çevrəsini isə genişləndirmək məqsədini qarşısına qoymuşdur. Bu ölkələrdə demokratik islahatlara dəstək olmaq, insan hüquqlarının qorunması adı altında NATO-nun mövqeyi, əslində, Qərbin geosiyasi maraqlarını qorumaq üçün gerçəklikləri gizlətmək cəhdindən başqa bir şey deyil. Bu, həmçinin Qərbin və NATO-nun qeyri-demokratik rejimlərlə enerji və təhlükəsizlik problemlərinin həlli sahəsində əməkdaşlığında da özünü göstərir.
Rusiyanın keçmiş sovet respublikalarının NATO ilə münasibətlərinə mövqeyi, əsasən, Rusiyanı təhdid edə biləcək faktorlar üzərində qurulub. Şərqi Avropa ölkələrinin NATO-ya inteqrasiyasına Rusiyanın sabiq iqtidarının mövqeyi onun konjunktur maraqları üzərində formalaşıb. Moskva NATO-nun Qərb sərhədlərinə qədər nüfuz etməsinə loyal münasibət göstərib, çünki Qərblə qarşılıqlı maraqlar üzərində əməkdaşlıqda maraqlı olan Rusiyanın sabiq siyasi elitası, sərvətlərinin qlobalistlər tərəfindən talan edilməsinə göz yumarak, NATO-nu durdurmaq üçün faktiki olaraq heç bir addım atmamışdır.

Hər şey NATO-nun Yuqoslaviyanı bombalamasından sonra tədricən dəyişməyə başladı. Söhbət sabiq baş nazir və Rusiya siyasətinin patriarxı Primakovun ABŞ-a səfəri zamanı təyyarənin kursunu Atlantik okeanı üzərindən geri döndərməsindən gedir. Putinin hakimiyyətə gəlməsi ilə isə hər şey köklü olaraq dəyişdi. 2007-ci ildə Münhendə keçirilən Avropa Təhlükəsizlik Konfransında Putin NATO-nun Şərqə doğru genişlənməsinə bundan sonra Rusiyanın biganə qalmayacağı ilə bağlı xəbərdarlığını etdi. Bir il sonra, 2008-ci ilin avqustunda Qərbin Gürcustanı NATO-ya qoşmaq istəyi Rusiyanın münasibətini kəskinləşdirdi. Gürcustanın sabiq iqtidarı, prezident Saakaşvilinin simasında siyasi avantyuraya uydu və nəticədə Gürcustan Cənubi Osetiya və Abxaziya üzərində nəzarəti itirdi.

Ukraynada “Meydan” hadisələri və Yanukoviçin legitim hakimiyyətinin Qərbin dəstəyi ilə devrilməsi, Ukraynanın NATO-ya qoşula biləcəyi ilə bağlı suallar doğurdu. Rusiyanın təhlükəsizliyinə təhdid kimi qiymətləndirilən bu hadisələr artıq 3 ildir davam edən müharibəyə səbəb oldu. NATO-nun dolayısı ilə bu müharibədə iştirakı, ABŞ və Avropa Birliyinin Ukraynaya milyardlarla maliyyə dəstəyi və silah yardımı, Rusiyanı ələ keçirdiyi torpaqlardan çıxarmağa müvəffəq olmadı. Üstəlik, AB və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar da müharibəni dayandırmaq üçün yetərli olmadı.

Azərbaycan suveren dövlətdir və bu mənada istənilən beynəlxalq təşkilatla əməkdaşlığa öz milli maraqları kontekstindən yanaşır. Rəsmi Bakı region ətrafında mürəkkəb geosiyasi durumu, burada bəlli güc mərkəzləri arasında güclənməkdə olan qarşıdurmanın perspektivdə doğura biləcəyi reallıqları nəzərə alır. NATO-nun regiona hərbi müdaxiləsi Tehran və Moskvada narazılıq doğura bilər və bu, ölkəmizin milli təhlükəsizlik maraqları üçün əhəmiyyətlidir. Buna görə də, NATO ilə münasibətlərdə regionu təhdid edə biləcək faktorlardan kənarda qalmaq Azərbaycan üçün ən uyğun kurs hesab olunur”.

Dəniz Pənahova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri