“Putin neftin qiymətinin düşməsi fonunda sülhə meyl edir”
Icma.az, Missiya.az portalına istinadən məlumat verir.
“Rusiya və Ukrayna müharibəni həll etməyə hazırdır. Rusiya Prezidenti Vladimir Putin isə neftin qiymətinin düşməsi fonunda sülhə daha çox meyillənib”.
Missiya.Az “Reuters”ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə müsahibəsi zamanı deyib.
“Biz çox yol qət etmişik və ola bilsin ki, nəsə baş verəcək, amma ümid edirəm ki, baş verəcək”, - deyə siyasətçi vurğulayıb.
2022-ci ildə “Şimal axını” partlayışları ilə aparılan təhqiqatla bağlı suala Tramp Moskvanın iştirakına dair şübhələrə işarə edərək bildirib:
“Düşünürəm ki, onu kimin partlatdığını çox adam bilir”, - deyə Ağ Ev rəhbəri əlavə edib.
Daşqın Həsənov
Missiya.Az

Hansı hallarda neftin qiymətinin düşməsi manata təsir edir? ŞƏRH EDİLDİ
28 Aprel 2025 17:35
“Neftin qiymətinin düşməsi münaqişəni bitirməyəcək” Kremldən Trampa cavab
24 Yanvar 2025 17:13
“Putin sülhə hazırlaşmır”
12 Fevral 2025 13:37
Tramp neftin qiymətinin aşağı düşməsi üçün əlindən gələni edəcəkdir
14 Noyabr 2024 21:17
“Neftin qiymətinin düşməsi Putini danışıqlara məcbur edəcək“ Kit Kelloq
25 Yanvar 2025 18:04

