Icma.az
close
up
RU
Putin: “Onunla görüşməyəcəm, terrorçudur” Ərdoğanın və Zelinskinin müraciətinə… KONKRET

Putin: “Onunla görüşməyəcəm, terrorçudur” Ərdoğanın və Zelinskinin müraciətinə… KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi videokonfransda Ukrayna ilə danışıqlar və son terror aktları ilə bağlı sərt və emosional açıqlama verib.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Kremlin rəsmi saytında və rəsmi “Telegram” kanallarında yayımlanan məlumata görə, Putin Bryansk və Kursk vilayətlərində baş verən partlayışları “terror aktı” kimi qiymətləndirib və Zelenski ilə mümkün görüş məsələsini kəskin şəkildə rədd edib.

“Onlar terrorçudurlar. Biz terrorçularla niyə görüşməliyik, niyə onlara fürsət verməliyik?!” – deyə Rusiya Prezidenti bəyan edib.

Putin vurğulayıb ki, son günlər Bryansk və Kurskda baş verən hadisələr, o cümlədən qaz infrastrukturuna edilən hücumlar, siyasi səviyyədə planlaşdırılmış və Kiyev rejimi tərəfindən həyata keçirilmiş terror əməliyyatlarıdır.

“Biz bu hərəkətlərin məqsədini görürük – nəfəs almaq, fasilə əldə etmək, yenidən silahlanmaq və sonra yenidən hücuma keçmək. Bu, terrorçuların taktikasıdır,” – deyə Putin əlavə edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son günlər həm Putinə, həm də Ukrayna Prezidenti Volodimir Zelenskiyə 20–30 iyun tarixlərində İstanbulda dörd liderin (Tramp, Zelenski, Putin, Ərdoğan) iştirakı ilə görüş təklif edib.

Zelenski bu gün keçirdiyi mətbuat konfransında Putinə birbaşa müraciət edərək görüşə hazır olduğunu bəyan etmişdi. Lakin Putinin cavabı qəti oldu:

“Onunla görüşmək niyyətində deyiləm. Onlar mülki əhalini hədəf alan terror hərəkətləri törədirlər. Müharibədə, təəssüf ki, dinç insanlar da həlak olur, lakin Kursk və Bryanskda baş verənlər birbaşa və məqsədli şəkildə mülki vətəndaşlara yönəlmiş addımlardır. Bu – saf terror aktıdır,” – deyə Rusiya Prezidenti bildirib.

Putin əlavə edib ki, İstanbulda keçiriləcək mümkün danışıqlarda Rusiya nümayəndə heyətinə Vladimir Medinskinin rəhbərlik etməsi kifayət qədər yüksək səviyyədir və Kiyevin bu tərkibə qarşı iddiaları yersizdir.

Musavat.com qeyd edir ki, bu açıqlama Ukrayna ilə sülh danışıqları perspektivini bir daha sual altına alır. Vladimir Putinin “terrorçularla danışıqlar mümkün deyil” bəyanatı İstanbul formatının (liderlər səviyyəsində) həyata keçirilməsinə böyük əngəl kimi görünür.

Ukrayna tərəfi rəsmi bəyanat verərək, Bryansk və Kursk hadisələrində iştirakının olmadığını iddia edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 İyun 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri