Putin oxşarından istifadə edir Mİ6 nın keçmiş rəhbəri bəzi sirləri AÇDI
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya diktatoru şəxsən deyil, müntəzəm olaraq ictimaiyyət qarşısında görünür - və hər şey sui-qəsd riskinin səviyyəsindən asılıdır.
Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı müharibə şəraitində sui-qəsd təhlükəsini minimuma endirmək üçün ictimai tədbirlər zamanı müntəzəm olaraq özünün oxşarından istifadə edir.
Modern.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, bu barədə Britaniyanın kəşfiyyat xidməti Mİ6-nın keçmiş rəhbəri Riçard Dirlav bildirib.
Onun sözlərinə görə, Ukrayna kəşfiyyatının Putinin “oxşarlarının mövcud olması ilə bağlı məlumatları etibarlıdır və ictimaiyyət qarşısına konkret olaraq kimin çıxacağına dair qərar təhlükəsizlik riskləri nəzərə alınmaqla qəbul edilir.
"Bu, uzun müddətdir ciddi təhlükəsizlik protokolunun bir hissəsidir", - Riçard Dirlav deyib.
Qərb analitikləri oxşarların aktiv istifadəsini Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı təcavüzü ilə əlaqələndirirlər. Ukrayna xüsusi xidmət orqanları Rusiyanın arxa cəbhəsindəki hədəflərə zərbə endirmək qabiliyyətini dəfələrlə nümayiş etdirib və bu, Putinin ətrafının narahatlığını xeyli artırıb.
"Onun harada və nə vaxt olduğu dəqiq bilinsəydi, Ukrayna pilotsuz təyyarələri üçün prioritet hədəf olardı", - Mİ6-nın keçmiş rəhbəri qeyd edib.
Riçard Dirlava görə, diplomatik danışıqlar və qapalı şəxsi görüşlər zamanı oxşarlardan istifadə edilmir.
“Yaxın məsafədə Putini təqlid etmək çox çətindir", - kəşfiyyatçı vurğulayıb.
Yaponiyanın TBS televiziya şəbəkəsinin araşdırması da Putinin oxşarlardan istifadəsini təsdiqləyib.
Televiziya ekspertlər müxtəlif ictimai çıxışlar zamanı Putinin üz ifadələrini və bədən hərəkətlərini təhlil etmək üçün süni intellektdən istifadə ediblər.
Araşdırmanın nəticələrinə görə, ötən il mayın 9-da Moskvada keçirilən paradda prezidentin özü iştirak edib. Amma bir il əvvəl Krım körpüsünün təftişi zamanı, ehtimal ki, onun oxşarından istidadə olunub. Təhlillər zamanı Putinlə onu əvəz edən naməlum şəxs arasındakı oxşarlıq səviyyəsi 50%-dən bir qədər çox olduğu müəyyənləşib.
A.Qorxmaz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 12 Yanvar 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















