Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

PUTİN PAŞINYANDAN RAZIDIR, AMMA... ABŞ yə səfərdən imtina edən Paşinyan Kremldə nəyi müzakirə edib?

PUTİN PAŞINYANDAN RAZIDIR, AMMA... ABŞ yə səfərdən imtina edən Paşinyan Kremldə nəyi müzakirə edib?

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada Vladimir Putinin təşəbbüsü ilə keçirilən Qlobal Atom Forumuna qatılıb. Forumda bir çox ölkələrdən nümayəndələr, o cümlədən nazirlər, iri şirkətlərin top-menecerləri, alimlər iştirak edir. Maraqlıdır ki, Paşinyan bu tədbirə qatılmaq xatirinə, həmin vaxt ABŞ-də keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakdan vaz keçib. Bunun özü hazırda Putinlə görüşün Paşinyan üçün nədən bu qədər vacib olduğuna dair suallar doğurur…

Görüşə gəlincə, onun rəsmi hissəsində Putin Paşinyandan razılığını bildirib. O deyib ki, “bütövlükdə Rusiya ilə Ermənistan arasında münasibətlər sabit və yaxşı inkişaf edir”: "Ticarət dövriyyəsi demək olar ki, 11 milyard dollardır — hesab edirəm ki, bu, respublikanın (Ermənistanın-red.) xarici ticarət dövriyyəsinin 34 faizini təşkil edir. Bizim statistikaya görə, Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 11,7 milyard dollardır. Bu, 2024-cü il üçün rekord göstəricidir. Bütün digər sahələrdə də əlaqələr inkişaf edir. Bir-birimizi bu yaxınlarda görsək də, həmişə müzakirə edəcəyimiz şeylər var…”

Lakin Putindən fərqli olaraq, Paşinyan qarşılıqlı ticarət dövriyyəsindən o qədər də məmnun olmadığını deyib. O qeyd edib ki, ötən iki illə müqayisədə bu il ölkələr arasında dövriyyə azalıb: "Siz qarşılıqlı ticarəti də qeyd etdiniz. Lakin bu il bir qədər azalma olub və bu, müəyyən qlobal proseslərə görədir. Amma hesab edirəm ki, bu mövzu üzərində işləmək vacibdir ki, qarşılıqlı ticarətimiz 2023 və 2024-cü illər üçün müəyyən etdiyimiz tempdə artmağa davam etsin. Və əlbəttə ki, bizim münasibətlərimizin çox zəngin gündəliyi var və bizim həmişə müzakirə edəcəyimiz çox şey var”.

Təbii ki, Paşinyan və Putin deməsə də, 2023-cü və 2024-cü illərdə Ermənistan-Rusiya ticarətindəki sıçrayış Ermənistandan Ukraynada işğalçılıq müharibəsi aparan Rusiyaya hərbi yönümlü elektronika avadanlıqlarının ötürülməsi olub. Sanksiyalar altında olan Rusiyanın hərbi sənayesini təmin etmək üçün Ermənistan tərəfindən Avropadan, ABŞ-dən və digər dövlətlərdən məişət avadanlıqları kimi alınan mallar Rusiyaya ixrac edilib. Orada isə həmin avadanlıqlardakı elektronika çıxarılaraq, raketlərdən PUA-lara qədər bir çox silahlarda istifadə olunub. Lakin görünür, Paşinyan azalmanı “qlobal proseslərlə” əlaqələndirsə də, Qərb bu xətti qismən də olsa bağlamaq qərarına gəlib və Ermənistanın “qulağını burub”. Ya da Rusiya idxal üçün başqa kanallar tapıb… Putin görüşün rəsmi hissəsində Ermənistanın atom enerjisi ilə təminatı məsələsinə də toxunub: “Ermənistanda uzun müddətdir ki, AES var və forumda özünüz də qeyd etdiyiniz kimi, o, ölkənin elektrik enerjisinin 30 faizini təmin edir.

Bu, əhəmiyyətli rəqəmdir, 30 faiz - bütün elektrik enerjisinin üçdə biri - atom elektrik stansiyası tərəfindən istehsal olunur. “Rosatom” hazırda bu atom elektrik stansiyasının ömrünü uzatmaq üçün çalışır. Ona görə də sizin forumda iştirakınız təbii ki, tamamilə məntiqlidir”.

İstisna etmək olmaz ki, atom enerjisi məsələsi Paşinyanın Moskva səfərinin yalnız görünən tərəfidir. O da məlumdur ki, “Rosatom” Ermənistandakı atom elektrik stansiyasının ömrünü uzatmağa çalışdığı kimi, Paşinyan da öz hakimiyyətinin ömrünü uzatmağa çalışır. Bu isə digər amillərlə yanaşı, həm də Rusiyanın regiondakı, xüsusilə Ermənistanın özündəki fəaliyyətlərindən asılıdır.

Paşinyanla Putin media qarşısındakı çıxışlarında da qeyd etdilər ki, “müzakirə ediləsi məsələlər çoxdur”. Bu isə Zəngəzur dəhlizi ilə bağlı Vaşinqton anlaşmasından tutmuş, rus qoşunlarının Ermənistandakı varlığına və Ermənistanda gələn il keçiriləcək seçkilərə qədər bir çox məsələləri əhatə edə bilər. Bu müzakirələrdə Azərbaycanın və Türkiyənin adının çəıkilməsi də şübhəsizdir…

Putinin Paşinyanla “hansı dildə” danışmasına və ona real münasibətinə gəlincə, buna misal olaraq Paşinyanın səfəri ərəfəsində Moskvanın mərkəzindəki Ermənistan səfirliyi qarşısında keçirilən etiraz aksiyasını göstərmək olar. Müharibə başlayandan bəri bütün kütləvi aksiyalara qadağa qoyan Kremlin bu aksiyaya nədən “göz yumması” sualı açıq qalır. Bu sualın yeganə məntiqə uyğun cavabı isə yalnız həmin tədbirə Kremlin özü tərəfindən xeyir-dua verilməsi ola bilər. Odur ki, Paşinyanın bu Moskva səfərinin ilk növbədə özü üçün nə dərəcədə uğurlu olduğunu elə də uzaq olmayan zaman göstərəcək…

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Sentyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see326

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see176

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see161

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see155

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see148

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see145

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see142

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see138

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see135

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see133

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see132

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see131

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see130

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see127

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri