Icma.az
close
up
RU
Putin pauzada: “Hörümçək torun”a düşən “rus ayı”sının səsi NİYƏ KƏSİLDİ?

Putin pauzada: “Hörümçək torun”a düşən “rus ayı”sının səsi NİYƏ KƏSİLDİ?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Rusiya tərəfi bundan ciddi şəkildə hərbi, siyasi sarsıntı keçirib”.

Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov deyib.

O, Ukraynanın hücumlarından sonra Rusiya prezidenti Vladimir Putinin səssizliyinin nə mənaya gəldiyini şərh edib.

R. Becanov bildirib ki, Ukraynanın “Hörümçək toru” əməliyyatı həcminə, planlanmasına görə çox böyük əməliyyatdır:

“Davam edən 3 illik müharibə müddətində bu qədər böyük həcmli və düşünülmüş, dəqiqliklə işlənmiş bir plan olmamışdı. “Pautina” adlanan bu unikal əməliyyatın hazırlanmasına bir ildən çox hazırlıq görülüb. Əməliyyatın hazırlanmasına və həyata keçirilməsinə şəxsən Ukrayna prezidenti Volodimir Zelenski özü nəzarət edib. Dörd hərbi aerodromda Rusiyaya məxsus 41 strateji təyyarə məhv edilib.

Bu, çox böyük bir əməliyyatdır. Rusiya tərəfi bundan ciddi şəkildə hərbi, siyasi sarsıntı keçirib. Ərazisi işğal edilən bir ölkənin il yarım hazırladığı əməliyyatdan rəqibin məlumat ala bilməməsi onu göstərir ki, Rusiyanın hərb sistemi kimi kəşfiyyatı da tənəzzül dövründədir.

Bütün bunlar göstərir ki, Ukrayna təslim olmaq fikrindən çox uzaqdır. Təzyiqlərə baxmayaraq, Rusiyanın aşağılayıcı təslimçilik şərtlərini qəbul etməyəcək və müqavimət davam edəcək. Bu əməliyyatın İstanbul danışıqlarından öncə həyata keçirilməsinin də xüsusi mənası var. Yəni siz nəsə tələb edə bilərsiniz, amma biz təslimçilik tələbini rədd edirik”.

Siyasi şərhçi qeyd edib ki, realist olmaq lazımdır. Rusiyanın hərbi gücü kifayət qədər çoxdur:

“Əməliyyatın böyüklüyünə baxmayaraq, gücü qalmaqdadır, silah-sursatı yetərincədir. Ona görə də düşünürəm ki, bir əməliyyatla Rusiyanı dayandırmaq, tələblərindən geri çəkilməsinə nail olmaq mümkün deyil. Biz bunu Kursk əməliyyatında da gördük. Amma Ukraynanın müqaviməti tarixdir, reallıqdır, işğalçıya qarşı mübarizədir. Ukrayna Rusiya hərbi mifini dağıtmaqda davam edir.

Rusiyanın bu hücuma cavab verəcəyi təbiidir. Bunu artıq ABŞ prezidenti Donald Tramp da təsdiq edir. Trampın öz hesabında paylaşdığı məlumata görə Putin çox sərt şəkildə buna cavab verəcəklərini bildirib. Bu mövqeyə qarşı ABŞ prezidenti öz cavabı haqqında nə isə yazmayıb. Bu da onu deməyə əsas verir ki, Rusiya tərəfindən bu hücuma qəti və sərt cavab veriləcəyi artıq proqnozlaşdırılmır, gözlənilir”.

“Düşünürəm ki, əməliyyatın böyüklüyü, dəqiqliyi, mexanizmi o qədər dəqiq və professionalıqla hazırlanıb ki, Rusiyada şok effekti yaradıb. Rusiya tərəfi həm bu mərhələni keçmək, həm də ABŞ-ni məlumatlandırdıqdan sonra bu addımı atmaq istəyirdi. Putinlə Tramp arasında danışıqdan sonra ABŞ Rusiyanın adekvat cavabının olacağı haqqında məlumatlandı. Ona görə də Rusiyanın artıq cavab zərbələrinə hazırlaşdığını düşünmək olar”, – deyə o bildirib.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 İyun 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri