Icma.az
close
up
RU
Putin Pezeşkianı Zəngəzur dəhlizinin açılmasına razı sala bilib? AÇIQLAMA

Putin Pezeşkianı Zəngəzur dəhlizinin açılmasına razı sala bilib? AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında görüş baş tutub. İclasın təfərüatları haqda geniş məlum verilməsə də, İran və Rusiya arasında hərtərəfli strateji əməkdaşlıq sazişinin imzalanması, həyata keçirilməsi və digər məsələlərin müzakirə aparıldığı qeyd olunur. Bu məsələlərdən biri də Cənubi Qafqaz mövzusudur.

Azərbaycana qonşu ölkələrin liderlərinin görüşü barədə Redaktor.az-a danışan politoloq Tural İsmayılov bildirdi ki, Rusiya ilə İranın Cənubi Qafqaza yanaşmasında müəyyən fərqlər mövcuddur:

"Pezeşkian və Putin arasındakı görüşdə mütləq şəkildə danışılası məsələlərdən biri heç şübhəsiz ki, Cənubi Qafqaz mövzusudur. Rusiya ilə İranın Cənubi Qafqaza yanaşmasında müəyyən fərqlər artıq göz önündədir. Rusiya çox açıq-aydın formada Ermənistan ərazisində Avropa İttifaqının mülki missiyası adı altında casus fəaliyyəti göstərməyinə etiraz edir və bununla bağlı mövqelərini də çox aydın bir formada izah edir. Lakin Rusiyadan fərqli olaraq İran bu günə qədər Ermənistana publik şəkildə hansısa etirazlar etməyib. Sonuncu olaraq Amerika Birləşmiş Ştatları ilə Ermənistan arasında imzalanmış "strateji müttəfiqlik xartiyası"na Rusiya Sergey Lavrov, Mariya Zaxarova səviyyəsində narazılığını bildirsə də, İranın publik etirazını görmürük".

Politoloq qeyd etdi ki, Rusiya və İranın bu layihəyə yanaşmaları fərqlidir. Onun sözlərinə görə, Rusiya Zəngəzur dəhlizinin açılmasını regionun inkişafı və sabitliyi üçün vacib hesab edir, lakin İran bu layihəyə mane olmağa çalışır:

"Həmçinin Zəngəzur dəhlizi kimi önəmli kommunikasiya layihəsi bu gün İran tərəfindən əngəllənir və İran bu layihəni əngəlləmək üçün Ermənistana hər cür dəstəyi göstərməyə davam edir. Mən hesab edirəm ki, özəlliklə Zəngəzur dəhlizinə yanaşmada İran və Rusiyanın düşüncələrində fərqlər mövcuddur və yəqin ki, Pezeşkianla Putinin görüşündə Zəngəzur dəhlizi və onun açılması məsələsi ətrafında da ciddi müzakirələr aparılıb. Eyni zamanda Rusiya ilə İran bu gün müttəfiqliklə bağlı bir tarixi anlaşmaya imza atırlar. Bundan sonra müəyyən konseptual məsələlərdə də İran məzhəbçi və qeyri-rasionalist baxışlarını kənara qoyub regionun inkişafı naminə müəyyən layihələrdə artıq tormozlayıcı, əngəlləyici, Ermənistan dəstəkçisi qismində görünməməlidir". 

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Yanvar 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri