Putin pilotsuz təyyarələrin uçuşlarına icazə verdi
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin hökumətə 2025-ci ilin aprel ayının sonuna qədər təhlükəsizlik baxımından əsaslandırılan Rusiyanın regionlarında pilotsuz təyyarələrin uçuşlarına icazə verilməsi məsələsini hazırlamağı tapşırıb.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Hesab edirəm ki, təhlükəsizlik baxımından bunun əsaslandırıldığı və bunun üçün digər zəruri şərtlərin olduğu bölgələrdə pilotsuz təyyarələrin uçuşlarına icazə verilməlidir”, - deyə Rusiya lideri regional hökumətlərdən aprelin 30-dək bu məsələ ilə bağlı konkret qərarlar hazırlamağı xahiş edib.
Daha əvvəl bildirilmişdi ki, 2024-cü il yanvarın 1-dən dekabrın 31-dək Ukrayna Silahlı Qüvvələri yeddi mindən çox pilotsuz uçuş aparatından istifadə edərək Rusiya ərazisinə zərbələr endirməyə cəhd edib. Ukrayna Silahlı Qüvvələri Rusiyanın 35 regionunda 7,3 min pilotsuz uçan aparatı havaya qaldırıb. Bunlara başqaları ilə yanaşı, Belqorod, Bryansk, Kursk, Rostov və Voronej vilayətləri də daxildir. Ən çox pilotsuz təyyarə - 1896-sı Belqorod vilayətində vurulub.
Turan İSMAYIL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 28 Yanvar 2025 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















