Putin Qazprombank göstəriş verdi: Maskla işləyin!
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin “Qazprombank”ın idarə heyətinin sədr müavini Dmitri Zauersə amerikalı sahibkar İlon Maskla texnologiyaların hazırlanması istiqamətində əməkdaşlıq etməyi məsləhət görüb.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, Rusiya lideri hazırda ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən Maskla bağlı proqnozunu bölüşüb.
Putin Gələcək Texnologiyalar Forumu sərgisində onu müşayiət edən Zauersə bu barədə deyib:
“Mask ilə qüvvələri birləşdirin. ABŞ-da inzibati orqanlarda islahatları bitirdikdən sonra o, biznesə, elmə gedəcək. Siz onunla əməkdaşlıq etməlisiniz”.
Forumda xarici ölkələrin bəzi sahələrdə Rusiyanı “üstələdiyini” deyən Putin hökumətə ölkənin texnoloji inkişafını idarə etmək üçün idarələrarası mexanizm hazırlamağı tapşırıb.
Qeyd edək ki, fevralın 21-də Putin Gələcək Texnologiyalar Forumunun plenar iclasında çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 22 Fevral 2025 08:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















