Icma.az
close
up
RU
Putin qəzəbləndi, dostunu təhdid etdi Rusiyanı təhlükəyə salan cavab

Putin qəzəbləndi, dostunu təhdid etdi Rusiyanı təhlükəyə salan cavab

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Prezidenti Vladimir Putin ABŞ-a xəbərdarlıq edib. Kreml rəhbəri Vaşinqtonun Ukraynaya “Tomahavk” raketləri ötürəcəyi halda, ölkəsinin buna kəskin cavab verəcəyini söyləyib. Onun sözlərinə görə, bu qərar münasibətlərdəki müsbət tendensiyaların məhvinə gətirib çıxaracaq.

Vaşinqton həqiqətən bu addımı atarsa, Rusiya Ukraynaya və başqa NATO ölkələrinə qarşı taktiki nüvə silahından istifadə edə bilərmi?

Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, nüvə silahı artıq yalnız Rusiyaya xas bir təhlükə elementi deyil:

“Avropa İttifaqı (Aİ) ölkələri, eləcə də Böyük Britaniya və Fransa nüvə silahlarına malikdir. Bundan başqa, ABŞ-ın da müəyyən mövqelərdə yerləşdirdiyi nüvə gücü mövcuddur. Ona görə də heç kəs nüvə ilə kimisə hədələməyə cəhd etməməlidir, bu, artıq boş bir məşğuliyyətdir. O dövr artıq bitib, dövlət rəsmiləri və liderlər nüvəni hədələmə elementi kimi istifadə etməkdən çəkindirməlidirlər.

Belə bir yanaşma Avropa ilə Rusiya arasındakı münasibətlərin daha da pisləşməsinə səbəb olacaq və əsasən Moskvanın zərərinə işləyəcək. ABŞ-ın Rusiyanı yanına çəkməyə çalışması, onu perpektivdə Çinin bir əyalətinə çevirmək, Pekinin orbitində fırlanan planet olmaqdan çıxartmaq xarakteri daşıyır. Eyni zamanda bu, Rusiyanın iqtisadi və elmi-texnoloji inkişafına aparacaq yoldur. Ona görə də Vaşinqtonla münasibətləri pozmaq Moskvanın xeyrinə deyil, əksinə ziyanına olacaq.


Natiq Miri

İndi sözlərdən əmələ keçməyin, ciddi qərarlar və praktik addımların vaxtıdır. Dünya artıq yalnız danışmaqla kifayətlənmir, nüvə məsələsində qəti qələbə yoxdur və bu silah vasitəsilə hədələmə imkanları getdikcə azalmalıdır. Rusiyanın reallıqları başa düşməsi üçün qarşısında ciddi qərarlar və güc mərkəzləri görməsi vacibdir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri