Putin Qrenlandiyanın ABŞ yə neçəyə başa gələcəyini açıqlayıb
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, əgər Qrenlandiya satışa çıxarılsa, onun məbləği 200 milyon dollardan 1 milyard dollara qədər ola bilər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Putin bu barədə Təhlükəsizlik Şurasının iclasında bəyan edib.
"Qrenlandiyanın sahəsi Alyaskadan bir qədər böyükdür - mənim bildiyimə görə, təxminən 2,166 milyon kvadratkilometrdir. Yəni fərq haradasa 450-449 min kvadratkilometr təşkil edir. Əgər bunu ABŞ-nin Alyaskanı alarkən ödədiyi məbləğlə müqayisə etsək, Qrenlandiyanın qiyməti təxminən 200-250 milyon dollar ola bilər. Əgər bunu o dövrdəki qızıl qiymətləri ilə müqayisə etsək, bu rəqəm yəqin ki, 1 milyard dollara yaxın olardı", - deyə Putin əlavə edib.
Onun sözlərinə görə, Qrenlandiya ətrafındakı vəziyyətin Rusiyaya dəxli yoxdur:
"Qrenlandiya məsələsinə gəlincə, bu, bizi qətiyyən maraqlandırmır - Qrenlandiya ilə baş verənlər bizə aid deyil".
Putin eyni zamanda qeyd edib ki, Danimarka Qrenlandiyaya hər zaman koloniya kimi yanaşıb - sərt, hətta faktiki olaraq qəddar şəkildə.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 22 Yanvar 2026 00:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















