Putin “Roskosmos”un rəhbərini işdən çıxardı
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya prezidenti Vladimir Putin Yuri Borisovu “Roskosmos”un baş direktoru vəzifəsindən azad edən sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, Rusiya nəqliyyat nazirinin müavini Dmitri Bakanov “Roskosmos”un yeni rəhbəri təyin edilib.
Vəzifədən azad edilən Yuri Borisov “Roskosmos”dan əvvəl Rusiya Baş nazirinin müavini olub. O, 2022-ci ilin iyulunda bu vəzifədə Dmitri Roqozini əvəz edərək dövlət korporasiyasının başına keçib. Eyni zamanda, 2024-cü ilin yanvarına qədər prezidentin kosmos sahəsində beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi idi.
Korporasiyanın yeni rəhbəri Dmitri Bakanov 2012-2019-cu illərdə “Roskosmos”un rabitə, yayım və retranslyasiya sistemlərinin vahid operatoru olan “Gonets Satellite System” ASC-nin prezidenti olub. 2019-cu ildə Nəqliyyat Nazirliyinə keçib və burada rəqəmsal transformasiya departamentinin direktoru olub. Bakanov 2022-ci ilin aprel ayından nəqliyyat nazirinin müavini vəzifəsinii tuturdu.
Baxış sayı:126
Bu xəbər 06 Fevral 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















