Putin Rusiya şirkətlərində Goldman Sachs səhmlərinin satışını təsdiqləyib
Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiya prezidenti Vladimir Putin “Goldman Sachs”ın bir neçə Rusiya şirkətindəki payının “Balchug Capital” adlı firma tərəfindən alınmasını təsdiqləyib.
Banco.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin tərəfindən təsdiqlənmiş fərman ölkənin hüquqi informasiya sistemində dərc edilib.
Bu sənədə əsasən, “Goldman Sachs”ın bəzi Rusiya şirkətlərindəki səhmlərinin “Balchug Capital” adlı şirkət tərəfindən alınmasına icazə verilib.
Satışa icazə verilən şirkətlər arasında Inter RAO, Gazprom, Rosneft, Surgutneftegaz, Novatek, NLMK, Rostelecom, Tatneft və Lukoil yer alır.
Putin “Goldman Sachs”ın Rusiyadakı iştirakının Ermənistanda qeydiyyatdan keçmiş “Balchug Capital” tərəfindən alınmasını da 31 yanvar tarixində təsdiqləmişdi.
Rusiya Mərkəzi Bankı “Goldman Sachs”ın maliyyə vasitəçiliyi lisenziyasını 2024-cü ilin avqust ayında ləğv etmişdi. Ukrayna müharibəsi səbəbindən bir çox Qərb bankları və maliyyə institutları Rusiyadakı fəaliyyətlərini dayandırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 02 Aprel 2025 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















