Icma.az
close
up
RU
Putin: Rusiya Xəzərin dayazlaşmasına yol verməməlidir

Putin: Rusiya Xəzərin dayazlaşmasına yol verməməlidir

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəzər dənizi artıq, demək olar, qurumuş Aral dənizinin taleyini təkrarlamamalıdır.

Bunu Rusiya Prezidenti Vladimir Putin gənc alimlərin konqresi iştirakçıları ilə görüşdə bildirib.

“Biz heç bir halda Aral dənizi ilə baş verənlərə yol verməməliyik. Orada hər tərəf duzdur, yalnız gölməçələr qalıb... Bilmirəm, hətta səylərimizi birləşdirsək belə, nəsə edə bilərik ya yox, çünki təbiət qüvvətli sistemdir. Lakin buna baxmayaraq, bizdən asılı olan hər şeyi etməliyik”, – Putin deyib.

Rusiya lideri əlavə edib ki, bu ölkələrə səfərləri zamanı Xəzərin dayazlaşması problemini Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə müzakirə edib və Azərbaycan lideri ilə bu istiqamətdə birgə iş barədə razılığa gəlib.

Dövlət başçısının sözlərinə görə, o artıq Rusiya hökumətinə müvafiq fəaliyyət proqramı hazırlamaq tapşırığı verib.

Xatırladaq ki, daha əvvəl Rusiya Hərbi Dəniz Donanmasının komandanı, admiral Aleksandr Moiseyev Xəzər Donanmasının yeni gəmilər və silah sistemləri ilə təchiz edilməyə davam edəcəyini, həmçinin Rusiyanın dəniz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün aviasiya və sahil komponentlərini inkişaf etdirəcəyini açıqlamışdı.

Bir sıra ekspertlər Rusiyanın hərəkətlərindən narahatlıqlarını ifadə edirlər və bunun 2018-ci il Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın pozulması ola biləcəyini göstərirlər. İran istisna olmaqla bütün sahilyanı ölkələr tərəfindən ratifikasiya edilmiş bu sənəd dənizdən yalnız sülh məqsədləri üçün istifadə prinsipini təsbit edir, lakin akvatoriyada demilitarizasiya haqqında müddəalar ehtiva etmir.

Bakıda COP29 çərçivəsində Xəzər dənizinin səviyyəsinin azalması ilə əlaqədar əməkdaşlığın gücləndirilməsinə dair Bəyannamə qəbul edilib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 00:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see185

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see179

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see136

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see130

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see128

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see126

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see126

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see125

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see124

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see123

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see121

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see119

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see118

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri