Putin Rusiyanın neft obyektlərinə zərbələrə KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Prezident Vladimir Putin “Delovaya Rossiya”nın nümayəndələri ilə görüşündə Ukrayna Silahlı Qüvvələrinin Rusiya neft emalı zavodlarına (NEZ) təşkil etdiyi son hücumlara münasibət bildirib. O, hücumların əhəmiyyətli ziyan vurmadığını, lakin Kiyevin bu addımı atmazdan əvvəl nəticələrini düşünməli olduğunu deyib.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, Rusiya lideri elektron ticarət platformalarına və energetika sektoruna qarşı edilən hücumlara cavab olaraq addımlar atdıqlarını vurğulayıb:
“Dünən bəzi NEZ-lərə zərbələr endirməyə çalışıblar, heç bir əhəmiyyətli ziyan yoxdur. Buna baxmayaraq davam edirlər. Eyni şey elektron ticarət platformaları ilə də bağlıdır. Onlar birinci addımı atdılar, biz cavab verməyə başladıq. Başlamaq lazım deyildi. Bu addımı atmazdan əvvəl nəticələri barədə yaxşıca düşünmək lazımdır”.
Putin bildirib ki, onlar energetika və digər obyektlər, o cümlədən məlumat mərkəzləri istiqamətində cavab tədbirlərinə başlayıblar və qarşı tərəf artıq bundan şikayətlənir.
Qeyd edək ki, Rusiyadakı iri məlumat mərkəzlərinə zərbələr oktyabrın 8-də başlanıb. Buna qədər isə sentyabrın 23-dən 28-dək Ukraynada ən azı altı məlumat mərkəzinə hücum edilib ki, bu da internetə girişdə fasilələrə və televiziya yayımının kəsilməsinə səbəb olub. Oktyabrın 4-də Ukrayna Prezidenti Volodimir Zelenski bu hücumların cavabsız qalmayacağı haqda xəbərdarlıq edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 15 Oktyabr 2026 23:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















