Putin: Rusiyaya qarşı Qərbin uzaqmənzilli silahlarından istifadə edilib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Vladimir Putin Rusiya Federasiyasına qarşı Qərbin uzaqmənzilli silahlarından istifadə edildiyini açıqlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Putin xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının Bryansk və Kursk vilayətlərindəki hərbi obyektləri Qərb raketləri ilə hücuma məruz qalıb.
Putin qeyd edib ki, Qərb raketlərinin Rusiya Federasiyasına hücumundan sonra Ukraynada münaqişə qlobal xarakter alıb.
O, Rusiya Silahlı Qüvvələrinin ABŞ və Britaniya silahlarının Rusiyaya hücumlarına cavab olaraq Ukraynanın müdafiə sənayesi obyektlərinə zərbələr endirdiyini söyləyib.
Putin vurğulayıb ki, Ukraynanın "Yujmaş" zavodu nüvəsiz hipersəs ballistik raketləri ilə vurulub.
Baxış sayı:140
Bu xəbər 21 Noyabr 2024 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















