Icma.az
close
up
RU
Putin saziş bağlamalıdır. O, razılaşmaya getməməklə Rusiyanı məhv edir... Tramp

Putin saziş bağlamalıdır. O, razılaşmaya getməməklə Rusiyanı məhv edir... Tramp

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Düşünürəm ki, Rusiyanın böyük problemləri olacaq – onların iqtisadiyyatına baxın, Rusiyadakı inflyasiyaya baxın..."

Bazar ertəsi ABŞ prezidentinin rəsmi səlahiyyətlərini öz üzərinə götürən Donald Tramp Vladimir Putinlə görüşmək və Ukraynadakı müharibəni tez bir zamanda dayandırmaq niyyətində olduğunu bildirib.

Moderator.az xəbər verir ki, "Ukrinform"-un yazdığına görə, bu barədə o, jurnalistlərə Oval kabinetdə fərmanlar imzalayarkən bildirib.

Tramp jurnalistlərin belə bir görüşün mümkünlüyü ilə bağlı suallarına cavab olaraq “Prezident Putinlə görüşəcəyəm” deyib.

Eyni zamanda, Ağ Evin rəhbəri qeyd edib ki, bunun dəqiq nə vaxt baş verəcəyi barədə danışa bilməz. Lakin sonradan bunun çox tez baş verə biləcəyini qeyd edib.

Ukraynada müharibəni necə bitirməyi planlaşdırdığı ilə bağlı suala cavab olaraq ABŞ prezidenti qeyd edib: “Biz bunu mümkün qədər tez etməyə çalışırıq”. Eyni zamanda Tramp bir daha öz mövqeyini bildirib ki, bu müharibə heç vaxt başlamamalı idi.

Daha sonra jurnalistlər münaqişənin sona çatmasının nə qədər vaxt aparacağını dəqiqləşdirməyə çalışarkən Tramp qeyd edib ki, əvvəlcə Putinlə danışmalıdır.

“Biz öyrənməliyik. O, (müharibədən – red.) sevinə bilməz, işlər onun üçün o qədər də yaxşı getmir”, – ABŞ prezidenti bildirib.

Onun sözlərinə görə, çoxları müharibənin bir həftəyə bitəcəyini düşünürdü, lakin bu, üç ilə yaxın davam etdi.

Tramp qeyd edib ki, həm Rusiya, həm də Ukrayna tərəfində çoxlu insan həlak olub, ona görə də “bu müharibəni bitirmək çox yaxşı olardı”.

O, həmçinin Vladimir Zelenskinin müharibəyə son qoymaq üçün saziş bağlamaq istədiyinə əminliyini ifadə edib. ABŞ prezidentinin sözlərinə görə, Putinin bunu istəyib-istəməməsi məlum deyil.

“O (Putin – red.) müqavilə bağlamalıdır. Hesab edirəm ki, o, sövdələşməyə getməməklə Rusiyanı məhv edir.

Düşünürəm ki, Rusiyanın böyük problemləri olacaq – onların iqtisadiyyatına baxın, Rusiyadakı inflyasiyaya baxın”, – Ağ Evin yeni rəhbəri qeyd edib.

Eyni zamanda, Tramp Putinlə yaxşı ümumi dil tapa biləcəyini qeyd edib və onun sonunda müqavilə bağlamağa razılaşacağına ümid etdiyini bildirib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:276
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Yanvar 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri