Icma.az
close
up
RU
“PUTİN, SƏN UDUZMUSAN!” “Bu, dəlilikdir, buna nifrət edirəm”

“PUTİN, SƏN UDUZMUSAN!” “Bu, dəlilikdir, buna nifrət edirəm”

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

“İndi Ağ Ev tərəfindən Kremlin tezisləri təkrarlanır. Bu, çirkindir və düzgün deyil. Bu müharibəni Ukraynanın başlatdığını söyləmək dəlilikdir. Mən buna sadəcə olaraq nifrət edirəm".

“AzPolitika” xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində deyib.

Donald Trampın son bəyanatlarını nəzərdə tutan Conson ABŞ-nin Ukrayna ilə bağlı siyasətini kəskin tənqid edib. Bununla yanaşı, o, Rusiya təbliğatının Amerika elitasına təsirini də vurğulayıb: “Taker Karlson kimi insanların çox böyük təsiri var. Trampın başını çoxlu cəfəngiyyatla doldurdular. O(Tramp), bu skeptiklərə Amerikanın Ukraynaya dəstəyinin müqabilində ABŞ-nin nəsə alacağını göstərməyin bir yolunu tapmalıdır”.

Eyni zamanda, keçmiş baş nazirin fikrincə, Tramp hesablamalar əsasında hərəkət edir və Vaşinqton üçün faydalı olan “sövdələşmə” bağlamağa çalışır: "O, avropalılara təzyiq edir ki, Ukraynanı qorumaq üçün daha çox iş görsünlər".

Onun fikrincə, Trampın Ukraynaya təklif etdiyi “sövdələşmə” mübahisəli məqamlarına baxmayaraq, ümumilikdə Ukrayna üçün faydalıdır, çünki bu, ABŞ-ni onun suverenliyi və təhlükəsizliyinə uzunmüddətli dəstək verməyə məcbur edir: “İnanıram ki, Ukrayna bu sazişi imzalamalıdır. Bəli, açığını desəm, orada Kiyevin tərəfdarı kimi mənim bəyənmədiyim məqamlar var. Lakin o, ABŞ-ni azad, suveren, təhlükəsiz Ukraynanı dəstəkləməyə vadar edir və onun üstünə belə bir öhdəlik qoyur. Bu, çox qiymətlidir. Bəli, ABŞ bu investisiya fondundan qazancın 50 faizini alacaq. Ancaq Ukrayna azad, suveren və təhlükəsiz olana qədər ABŞ bir qəpik də almayacaq. Ukrayna nöqteyi-nəzərindən bu razılaşma çətin görünsə də, yaxşıdır. Çünki o, ABŞ-ni, hətta dəhşətli sözlər deyən Trampın dövründə belə azad, suveren, təhlükəsiz Ukraynanı dəstəkləməyə məcbur edir. Mən ukraynalı olsaydım, bunu(Ukraynanın təbii sərvətlərini-red.) Moskva və Putinin nəzarətinə verməkdənsə, sözügedən razılaşmaya üstünlük verərdim”.

Bundan əlavə, keçmiş baş nazir vurğulayıb ki, Putinin Ukraynada öz məqsədlərinə çatmaq şansı yoxdur: “Mən ABŞ Prezidenti olsaydım, dərhal deyərdim: Vladimir Putin, sən uduzmusan. Sizin əsas ideyanız Ukraynanı qul dövlətə çevirmək, yenidən Rusiya imperiyasının tərkibinə qatmaq idi. Mənim dövrümdə bu, heç vaxt olmayacaq. Hər hansı digər Amerika prezidentinin dövründə olduğu kimi. Ona görə də sadəcə qəbul edin və hər şeyin bitdiyini etiraf edin. Buna sübut olaraq, biz Ukraynanın sərhədləri təhlükəsiz olan kimi NATO-ya qoşulma prosesinə başlayacağıq. Əgər biz hələ də davam edən Rusiya işğalı səbəbindən Ukraynanı tam şəkildə NATO-ya qəbul edə bilməsək, o zaman 50-ci illərdə Almaniya ilə etdiyimiz kimi(əvvəlcə Almaniyanın SSRİ-nin nəzarətində olmayan qərb hissəsi NATO-ya qəbul edilmişdi-red.) edəcəyik”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Fevral 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri