Icma.az
close
up
RU
Putin son əndrəbadi qanunla həm də özünün xaricdə müdafiəsini təmin etməyə çalışmır ki?.. YANAŞMA

Putin son əndrəbadi qanunla həm də özünün xaricdə müdafiəsini təmin etməyə çalışmır ki?.. YANAŞMA

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“O halda bu, açıq şəkildə Roma statunu qəbul etmiş ölkələrə mesajdır ki, “əgər hansısa beynəlxalq tədbir çərçivəsində ərazinizə gəlsəm və məni həbs etsəniz, nəticəsi sizin üçün ağır olacaq...”

“Bu addım heç bir beynəlxalq hüquq normasına əsaslanmır və sadəcə qudurğanlıq və həyasızlıqdır, beynəlxalq hüquqa və dünyaya açıq meydan oxumaq cəhdidir...” 

“Putinin imzaladığı bu son əndrəbadi qanun heç bir hüquq normasına və beynəlxalq prinsiplərə sığmayan növbəti sərsəm və avantürist addımdır. Əvvəla, rusların yaşadığı ölkələrdə heç kim onlara səbəbsiz yerə ziyan vurmaz. İkincisi də, tutaq ki, gerçəkdən hansısa bir ölkədə Rusiya vətəndaşlarına qarşı hansısa xoşagəlməz hadisə baş verərsə, bununla bağlı həmin dövlətin daxili qanunvericiliyi və hüquq-mühafizə orqanları mövcuddur ki, onlar həmin insidentə hüquqi qiymət verməlidir. Əgər doğrudan da ruslara qarşı haqsızlıq edilməsi təsdiqlənərsə, bunu edənlər qanunla cəzalandırılar. Yox əgər tərəflər qərardan narazı qalarsa, məsələ beynəlxalq məhkəmələrə, Haaqa məhkəməsinə və s. çıxarıla bilər. Yəni adi bir cinayət işi Rusiyanın başqa bir ölkəyə qoşun yeritməsinə səbəb ola bilməz. Buna hansısa hüquq normalarıyla don geyindirmək də, bəraət qazandırmaq da mümkün deyil. Bu addım heç bir beynəlxalq hüquq normasına əsaslanmır və sadəcə qudurğanlıq və həyasızlıqdır, beynəlxalq hüquqa və dünyaya açıq meydan oxumaq cəhdidir.”

Bu fikir və mülahizələri politoloq Qabil Hüseynli Moderator.az-a açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin imzaladığı ölkə vətəndaşlarının xarici dövlətlərin məhkəmələri tərəfindən həbsi, cinayət təqibi və digər təzyiqlərə məruz qalması hallarında onların müdafiəsi məqsədilə Rusiya ordusundan istifadə edilməsinə icazə verən əndrəbadi qanunu şərh edərkən səsləndirib.

“Üçüncüsü də,  əgər hansısa ölkədə ruslar üçün iqtisadi, yaxud siyasi şərait münasib deyilsə, həmin şəxslər oranı tərk edib öz vətənlərinə qayıda bilərlər. Yox, əgər orada yaşayırlar və həmin ölkənin qanunlarına əməl edirlərsə, onlara heç kim heç nə edə bilməz. Məsələn, rusların kompakt halda yaşadığı postsovet ölkələrindən Azərbaycanda belədir, digər ölkələrdə də eyni vəziyyətdir.  Ona görə də Putinin imzaladığı bu əndrəbadi qərar onun psixikasının tamamilə yerindən oynadğığını açıq şəkildə göstərir. Və bu qanun beynəlxalq səviyyədə heç kim tərəfindən təqdir və qəbul edilməyəcək.

O da sözsüzdür ki, bu qərar ilk növbədə postsovet ölkələrinə, o cümlədən Azərbaycana dolayı təhdid xarakteri daşıyır. Amma bununla da Putin, Kreml şovinistləri heç bir hədəfə nail ola bilməyəcək”, - deyə davamında politoloq diqqətə çatdırıb.

 “Ola bilərmi ki, Putin bu qanunu imzalamaqla hansısa məcburi xarici səfər zamanı özünü də “qanunla” qorumağı nəzərdə tutsun? Məsələn, əgər o, Roma Statutunu qəbul etmiş hansısa dünya ölkəsinə getsə və həmin dövlət onu həbs etsə, buna görə həmin dövlətə qarşı güc tətbiq ediləcəyinə eyham vurur” fikrinə isə Qabil Hüseynli belə münasibət bildirib:

“Bəli, bu da mümkündür. O halda bu, açıq şəkildə Roma Statunu qəbul etmiş ölkələrə mesajdır ki, “əgər hansısa beynəlxalq tədbir çərçivəsində ərazinizə gəlsəm və məni həbs etsəniz, nəticəsi sizin üçün ağır olacaq”. Məsələn, Putin Monqolustana səfər etmişdi və Monqolustan zəif mövqe nümayiş etdirdi. Amma başqa bir dövlət Roma Statutunun tələblərinə uyğun şəkildə onu həbs edə bilər.

Onsuz da Putinin başı üzərində qara buludlar sıxlaşmaqda davam edir. Həm Rusiya, həm Moskva, Kreml daxilində, həm də beynəlxalq müstəvidə...”

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 May 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see668

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see559

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see317

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see314

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see286

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see283

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see271

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see271

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see248

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see244

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see240

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see239

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see238

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see237

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see232

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see232

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see227

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see211

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri