Icma.az
close
up
RU
Putin sülh danışıqlarından Qərbə qarşı müharibə aləti kimi istifadə edir

Putin sülh danışıqlarından Qərbə qarşı müharibə aləti kimi istifadə edir

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Rusiya prezidenti Vladimir Putin Ukraynanı bir daha işğal etməyəcəyinə dair real zəmanət vermir. Bunun əvəzində Kreml inadla Qərbin “qırmızı xətlərini” qıraraq Ukraynanı müttəfiqlərindən, ABŞ-ı isə Avropadan təcrid etməyə çalışır.
Reyting.az
xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu “Telegraph” nəşri yazıb.
Qəzetin iddiasına görə, Rusiya artıq Ağ ev danışıqlarında əldə edilən irəliləyişə mane olmağa çalışır.
Bildirilir ki, Rusiya Xarici İşlər Nazirliyi NATO qoşunlarının Ukraynada iştirakı ilə bağlı “istənilən ssenari”nin rədd olunacağını bəyan edərək, “nəzarətsiz eskalasiya”nı “gözlənilməz nəticələrlə” hədələyib.
Bundan əlavə, Rusiya Birləşmiş Krallığın danışıqlara xələl gətirdiyini bildirərək, ABŞ və Böyük Britaniya arasında ixtilaf yaratmaq qərarına gəlib.
“Trampı razılaşma ideyasına bağlayan Kreml indi şərtləri diktə etməyə, Ukraynanı müttəfiqlərindən, ABŞ-ı isə Avropadan təcrid etmək üçün amansızcasına Qərbin “qırmızı xətlərini” qırmağa çalışacaq. Rusiyanın danışıqlar taktikası parçalayıb idarə etməkdir”, - məqalədə qeyd olunur.
Nəşrin vurğuladığı kimi, Putin daha çox strateji qiymətli Ukrayna torpaqları və onlarla birlikdə rus qoşunlarının fəth etməsi üçün illər çəkəcək və müharibənin yeni raundunda potensial strateji dayaq kimi istifadə oluna biləcək ən azı üç şəhəri istəyir.
Eyni zamanda o, Qərb rəhbərliyini qısa ömürlü və zəif hesab edir.
“Qərb nəzarəti artıq özünü saxlaya bilmir. Putin strateji səbrə malik olduğuna inanır, zaman keçdikcə Ukraynanı və Qərbi yıxa biləcəyini düşünür. Görəsən, Vaşinqtonda danışıqlar aparan Qərb liderlərindən neçəsi beş ildən sonra hələ də hakimiyyətdə olacaq?”,- deyə məqalədə sual verirlər.
Qəzetin proqnozlaşdırdığı kimi, sülh razılaşması əldə olunarsa, Rusiya, şübhəsiz ki, Gürcüstan və Moldovada etməyə çalışdığı işləri təkrarlayacaq, Kremlyönlü oliqarxlardan və liderlərdən istifadə edərək, bu dövlətlərin müstəqilliyinə xələl gətirəcək və onları tədricən Moskvanın orbitinə çəkəcək. Belə olan halda Ukrayna münaqişəsi bitməyəcək, sadəcə, yeni mərhələyə qədəm qoyacaq.
“Donald Tramp deyib ki, hər hansı yekun razılaşma Putin və Zelenski arasında danışıqlardan asılı olacaq və indi onu təşkil etmək niyyətindədir. Bununla belə, Putin indiyədək Ukraynanı Rusiya və onun ölümcül ordusu qarşısında aciz qoyan sövdələşməni qəbul etməyə hazır olduğunu nümayiş etdirib. O, Zelenskini bərabər, Ukraynanı isə dövlət kimi görməkdən imtina edir”,- məqalə bu cümlələrlə yekunlaşır.
E. KAMAL
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://reyting.az
archiveBu xəbər 19 Avqust 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see232

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see201

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see188

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see179

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see153

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see146

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see143

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri